AZƏRBAYCANDA ÖZƏL SEKTORA DAHA ÇOX KREDİT QOYULMUŞDUR
Kredit qoyuluşlarının 344,4 milyard manatı və ya 5,07 faizi (“Aqrarkredit” bank olmayan kredit təşkilatının vaxtı keçmiş kredit qoyuluşları nəzərə alınmadan) vaxtı keçmiş kreditlərin payına düşmüşdür.
Kreditlərin 4332,8 milyard manatı (63,8 faiz) qısamüddətli, 2459,7 milyard manatı (36,2 faiz) isə uzunmüddətlidir.
Dövlət bankları tərəfindən 3392,9 milyard (49,95 faiz), özəl banklar tərəfindən 3171,4 milyard (46,69 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 198,1 milyard manat (3,02 faiz) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1275,9 milyard manat yönəldilmişdir. 100 faizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 123,7 milyard manat (1,82 faiz) kredit vermişlər.
Kreditlərin 2653,8 milyard manatı və ya 39,07 faizi manatla, 4138,8 milyard manatı və ya 60,93 faizi xarici valyuta ilə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]