Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası yaradılıb

Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası yaradılıb

Bakı, 20 avqust, AZƏRTAC

Bu günlərdə ölkəmizin elmi, ədəbi, ictimai həyatında çox əlamətdar bir hadisə baş verib - “Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Birliyin rəhbəri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır.

Assosiasiyanın məqsəd və vəzifələrini AZƏRTAC-a şərh edən akademik K.Abdulla deyib: “Azərbaycanda həmişə peşəkar tərcüməçilər olub. İstər peşəkar, istərsə də gənc tərcüməçilərin fəaliyyəti bu gün də uğurla davam edir. Lakin onların sistemli fəaliyyətini bir araya gətirən təşkilat olmayıb. Bu baxımdan yeni yaradılmış Assosiasiyanın məqsədi ictimai səviyyədə Azərbaycan tərcüməçilərini bir məqsəd ətrafında toplamaq, onların fəaliyyətini Azərbaycanı daha optimal şəkildə təbliğ etmək istiqamətinə yönəltmək, eyni zamanda, dediyim kimi, sistemli şəkildə əlaqələndirməkdir”.

Assosiasiyanın işi: Azərbaycan dilindən başqa dillərə tərcümə işi sistemli şəkildə qurulmalıdır

Azərbaycan dilinə tərcümə nümunələrinin çox olduğunu qeyd edən akademik K.Abdulla vurğulayıb ki, Assosiasiyanın fəaliyyətində Azərbaycan dilindən başqa dillərə tərcümə məsələləri xüsusi yer tutur: “Bu, tərcümə müstəvisinin çox vacib hissəsidir, tərcümə işimizdə böyük bir boşluqdur. Əgər biz ölkəmiz haqqında həqiqətlərin dünyaya daha yaxşı, optimal şəkildə çatdırılmasını arzu ediriksə, təbliğatı daha da gücləndirmək istəyiriksə, o zaman Azərbaycan dilindən başqa dillərə tərcümələri son dərəcədə sistemli, peşəkar səviyyədə qurmağı bacarmalıyıq. Bu, təkcə bədii ədəbiyyatla, ictimai-siyasi həyatla bağlı deyil. Bu, həm klassik və müasir nümunələrimizin, həm də multikultural dəyərləri təbliğ edən nümunələrin dünyanın bütün dillərinə tərcümə edilmə imkanını ortaya qoymaq deməkdir”.

Azərbaycan Dillər Universitetinin potensialı Assosiasiyanın fəaliyyətinə xüsusi töhfə verə bilər

Rəhbəri olduğu universitetdə 20-dən çox dilin tədris edildiyini diqqətə çatdıran rektor K.Abdulla burada nəinki ingilis, alman, fransız, ispan, hətta yapon, Koreya, İndoneziya dillərinin və digər dillərin mərkəzlərinin yaradıldığını bildirərək deyib: “Bizim müəllimlərimiz və tələbələrimiz həmin dil və mədəniyyət məkanları ilə sıx ünsiyyətdədirlər. Zənnimcə, bu ünsiyyəti yaşatmaq və inkişaf etdirmək üçün Peşəkar Tərcüməçilər Assosiasiyası müəyyən işlər görəcəkdir. Bu isə öz növbəsində, təbii ki, ölkəmizə, xalqımıza, bütövlükdə dövlətimizə konkret bir fayda gətirəcəkdir. Biz assosiasiyanın işində universitetin potensialından səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda, tərcüməçilik istiqamətində fəaliyyətini quran ali məktəblər, müxtəlif cəmiyyətlər, şirkətlərlə də əlaqələrimizi quracağıq”.

Peşəkar Tərcüməçilər Assosiasiyası və ölkəmizin multikultural mühiti

Azərbaycan multikulturalizminin dünyaya nümunə olduğunu qeyd edən akademik K.Abdulla ölkəmizdə yaşayan xalqların mədəniyyətini, ədəbiyyatını, tarixini zənginləşdirmək və inkişaf etdirmək üçün dövlətimiz tərəfindən bu gün çox işlər görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, Peşəkar Tərcüməçilər Assosiasiyası həm Azərbaycandan kənarda, həm də ölkə daxilində dillər və mədəniyyətlərlə ünsiyyət qurmağa çalışacaq: “Azərbaycanda yaşayan xalqlar bu gün bir-biri ilə Azərbaycan dilində danışır. Azərbaycan ruhu bu xalqların hər birinə xasdır və hər gün onlar Azərbaycan həqiqətlərini öz şəxsi həqiqətləri, dəyərləri kimi qəbul edirlər. Düşünürəm ki, bu xəttin güclənməsi üçün bizim peşəkar tərcüməçilərimizin deməyə sözü olacaqdır”.

“Nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz

“Əgər biz Azərbaycanda tərcümə işini sistemli şəkildə qururuqsa, onda, eyni zamanda, ölkəmizdə fransız dilindən ingilis dilinə, ingilis dilindən alman dilinə, alman dilindən italyan dilinə tərcüməçiliyin də heç olmasa əlifbasını qurmalıyıq. Çünki tərcümə işi çox geniş məsələdir. Bizim o istiqamətdə, habelə sinxron tərcüməçilərimiz, bədii, ictimai-siyasi ədəbiyyatı tərcümə edənlərimiz olmalıdır. Tədris prosesi ilə Assosiasiyanın sıx əlaqəsini qura bilsək, sadalanan sahələr üzrə peşəkar tərcüməçilər, sinxronçular hazırlanar. Bu gün universitetdə həmin dilləri kifayət qədər yüksək səviyyədə bilənlər var. Amma o da var ki, dil bilənlərin heç də hamısı tərcüməçi ola bilmir. Ona görə də biz dil bilənlərin arasından tərcüməçiləri seçib ayırmağı bacarmalıyıq. Bütün bunlar böyük bir prosesdir. Biz Azərbaycan dilini və xarici dilləri yaxşı bilən adamın dilimizdən başqa bir dilə olan tərcüməsini ona bir xarici mütəxəssis qoşmaqla həyata keçirə bilərik. Bu mənada biz hələlik ikili və üçlü müştərək tərcüməçilərdən istifadə etməli olacağıq: yəni bir bizim tərcüməçimiz, bir də xarici dil daşıyıcısının iştirakı”. 

Akademikin fikrincə, tərcümə edilmiş əsər ölkə, cəmiyyət üçün faydalı olmalıdır. Bu halda “nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz. Assosiasiya tərcümə strategiyasını və sistemini yaratmaq istiqamətində nəşriyyatlarla, qəzetlərlə, jurnallarla, informasiya agentlikləri ilə əməkdaşlıq edəcək. “Biz xalqımızın ən müxtəlif zümrələrinə nə lazım olduğunu müəyyən etməliyik. Bu sahədə isə spektr çox genişdir. Məsələn, ədəbiyyatdan danışırıqsa, qədim, klassik, orta əsrlər, intibah, maarifçilik dövrləri, XIX, XX əsrlər və nəhayət müasir dövr ədəbiyyatı var. Peşəkar tərcüməçinin bütün bunlar barədə heç olmasa ümumi təsəvvürü olmalıdır. Çünki hətta müasir ingilis ədəbiyyatından edilən tərcümə işində mifoloji biliyə ehtiyac yarana bilər” , -deyə Assosiasiyanın rəhbəri qeyd edib.

Eyni zamanda, klassik dillərdən tərcüməçi hazırlanmasına ehtiyac var

Azərbaycanda klassik dillərə münasibətin bu gün yox dərəcəsində olduğunu bildirən rektor bu yaxınlarda ADU-da Klassik Dillər İnstitutu yaradıldığını xatırladıb. Qeyd edib ki, latın, qədim yunan, sanskrit, qədim Çin dilləri üzrə mütəxəssislər hazırlamaq üçün xaricdən alimlər dəvət ediləcək. 

Akademik qeyd edib ki, peşəkar tərcüməçi üçün klassik dillər barədə heç olmasa müəyyən təsəvvürə malik olmaq son dərəcə vacibdir. Bütün klassik nümunələr mifoloji mətnlərin üstündə qurulub. Tərcüməçi o mifoloji məkana, eləcə də qədim yunan, yaxud latın dilinə bələd olmasa, o, mifologiya labirintindən çıxa bilməz. Bunun ən sadə forması Uilyam Şekspirin “Hamlet” pyesindədirsə, ən dərin variantı Ceyms Coysun “Uliss” əsərindədir və s.

Eyni zamanda, peşəkar tərcüməçilər üçün məsələnin praktik tərəfi də unudulmamalıdır. Bu gün bəzən çox adi bir tərcümə məqamında, məsələn, sadə sənədin tərcüməsində çətinlik yaranır. Yəni tərcümə təkcə Avropa dilləri ilə yekunlaşmır. Məsələn, həmin sənədi, eyni zamanda, Qırğızıstana, yaxud Türkmənistana da təqdim etmək lazım gəlir. Peşəkar Tərcüməçilər Assosiasiyası bütün bu nüansları nəzərə alaraq öz işini elə qurmalıdır ki, bizdə həmin tərcüməçilər olsun.

Assosiasiya tərcümə ilə məşğul olan hər kəsi öz sıralarında birləşdirir

Peşəkar tərcüməçiləri Assosiasiyanın işində yaxından iştirak etməyə dəvət edən akademik K.Abdulla pandemiya şəraitində qurumun sıx-sıx onlayn konfranslar, master-klasslar keçirəcəyini bildirib: “Mənə elə gəlir ki, biz tərcümə ilə məşğul olan hər kəsi öz sıralarımızda birləşdirməklə, bir məqsədə xidmət edəcəyik. Bu da ondan ibarət olacaq ki, biz Azərbaycan həqiqətlərini - bədii həqiqətlərini, ictimai-siyasi həqiqətlərini, publisistik həqiqətlərini dünyaya çatdırmağın daha real və daha optimal yolunu Assosiasiyanın fəaliyyəti çərçivəsində arayacağıq və tapacağıq”.

Qeyd edək ki, Assosiasiya Azərbaycanda ilk dəfə olaraq tərcümə problemləri ilə əlaqədar dövri jurnal da çap etmək niyyətindədir. Jurnalda həm xaricdə yaşayanlar, həm də Azərbaycanda, o cümlədən paytaxtda və regionda olanlar çalışa biləcəklər. Burada tərcümə məsələləri, tərcüməçilərin qarşılaşdığı problemlər, tərcüməçilərlə müsahibələr, onların təcrübəsi, tərcümə prosesinin çətinliyi ilə bağlı fikir mübadilələri və s. öz əksini tapacaq. Akademik K.Abdullanın fikrincə, elə dillərdə əsərlər, elə yazıçılar var ki, onları hələlik tərcümə etmək mümkün deyil: “Siz Mirzə Ələkbər Sabiri rus dilində təsəvvür edirsiniz? Sovet dövründə buna cəhd edildi. Tanınmış rus şairi Vasilyev Sabirin şeirlərini tərcümə etdi. Lakin həmin əsərlərdə Sabirin ruhu yox idi. Eləcə də Platonovun sintaksisi. Gərək uyğun bir meydan olsun ki, tərcümə “təyyarəsi” o meydana enə bilsin”.

Assosiasiyanın rəhbəri diqqətə çatdırıb ki, bu yaxınlarda Yaradıcılıq Fondu və Dillər Universiteti ədəbiyyat sahəsində bir layihə irəli sürüb. Layihə çərçivəsində Azərbaycan yazıçılarına ən çox sevdikləri hekayəni təqdim etmək müraciəti olunub. Təqribən 25-30 hekayə ortaya çıxdı. Dillər Universiteti bu hekayələri 20-dən çox dilə tərcümə edəcək. Bu, bəlkə də Assosiasiya ilə universitetin ilk birgə layihəsi olacaq.

Alim vurğulayıb: “Azərbaycan üçün erməni, gürcü dillərinin tərcüməçilər səviyyəsində əxz edilməsi son dərəcə vacibdir. Çünki xalqımızın tarixi ilə bağlı müştərək sənədlərimiz var.

Ümidvarıq ki, Assosiasiya öz fəaliyyəti ilə Azərbaycanın ictimai, mədəni, mənəvi həyatına töhfə verə biləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar