AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ TAM DEMOKRATİK VƏ ŞƏFFAF GEDİR
Azərbaycanda prezident seçkilərinə hazırlıq tam demokratik və şəffaf gedir. Seçkilərə hazırlıq dövründə heç bir qanun pozuntusuna rast gəlinməyib, seçki qanunvericiliyinin tələblərinə düzgün riayət olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər MDB Parlamentlərarası Assambleyası iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu Bakı filialının Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı monitorinqinin ilkin rəyində əksini tapmışdır.
MDB PA Şurasının baş katibi Mixail Krotov bildirmişdir ki, institutun Bakı filialının əməkdaşları paytaxtda və Azərbaycanın bir neçə bölgəsində seçkiqabağı vəziyyəti öyrənmək üçün monitorinq aparmışdır. Monitorinq seçki gününə qədər davam edəcək və nəticələr seçkilərdən sonra açıqlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]