Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda seçkilər: demokratiya və sabitliyin qələbəsi

Azərbaycanda seçkilər: demokratiya və sabitliyin qələbəsi

Dünya maraqla Cənubi Qafqazın ən potensiallı ölkəsində parlament seçkilərinin necə keçəcəyini gözləyirdi. Bir sıra siyasi dairələrin Azərbaycana qarşı qərəzli münasibəti fonunda bu məsələ əlavə aktuallıq kəsb edirdi. Qərbin bəzi siyasi qurumlarının seçkini müşahidə etməyə nümayəndə göndərməməsi vəziyyəti daha həssas müstəviyə sürükləmişdi. Ancaq Azərbaycan hamıya sübut etdi ki, həm müstəqil siyasət yeritməkdə, həm də demokratik normalara sadiqlikdə qətiyyətlidir. Onu bu yoldan heç kəs döndərə bilməz. Seçki prosesini müşahidə edənlər onun demokratik, şəffaf və yüksək təşkilatçılıq şəraitində keçdiyini bildirdilər. Göründü ki, Qərbin bəzi dairələri yeni səhvə yol veriblər. Lakin bu, onların problemidir, Azərbaycan isə seçdiyi ədalətli və demokratik inkişaf yolundan dönməyəcək.

İkili standartlar: seçki ərəfəsində "qara piar" kampaniyası

Parlament seçkisi ərəfəsində Azərbaycan ətrafında müəyyən qüvvələr qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Onlar ölkə haqqında yalan informasiyalar yaymaqla, öz məqsədlərinə çatmağa çalışdılar. Bunun, əsasən, Qərbdən qaynaqlandığı sirr deyil. Bəzi beynəlxalq təşkilatlar seçkiyə bir neçə ay qalmış onun demokratik qaydada keçməyəcəyi haqqında absurd iddialar ortaya atdılar. Təəssüf ki, həmin sırada Avropanın siyasi institutları da vardı. Xüsusilə insan haqlarının müdafiəsi ilə “məşğul olanlar” hay-küy saldılar.

Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanların bu kimi əməlləri yeni deyil. Dəfələrlə analoji hadisələrin şahidi olmuşuq. Lakin indiki halda məsələ daha ciddi geosiyasi kontekstlə əlaqəlidir. Yaxın Şərqdə cərəyan edən faciəvi hadisələrin fonunda kimlərinsə Cənubi Qafqazı da qarışdırmaq istəyi özünü göstərir. Əsas hədəf kimi də sürətlə inkişaf edən, demokratik islahatları ardıcıl həyata keçirən Azərbaycan seçilir. Bu fikri Ermənistanda keçirilən seçkilərə də eyni münasibətin olmaması ilə sübut etmək olar. Rəsmi İrəvan həmişə cəmiyyətə ciddi təzyiqlər göstərməklə seçkidə “qalib” gəlir. Ermənistan müxalifətinə qarşı nə kimi sərt addımların atıldığını seçkilər zamanı küçələrdə törədilən zorakılıqlar təsdiqləyir. Orada baş verən qətl hadisələri, polisin atəş açması, insanların açıqca təqib olunması və s. kimi hallar Qərbdən başqa heç kəsin yadından çıxmayıb.

Bütün bunlara Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi təsisatlar necə reaksiya verdi? Faktiki olaraq heç bir münasibət göstərilmədi. Ara-sıra yüngül iradlardan başqa, ciddi nöqsanlardan danışan olmadı, elə indi də yoxdur. Əksinə, bir sıra hesabatlarda Ermənistanda keçirilən seçkilər region üçün nümunə kimi təqdim edildi.

Azərbaycana gəldikdə isə, münasibət tamamilə başqa cürdür. Onlar müxtəlif növ cinayətlər törətmiş adamları siyasi məhbus kimi qələmə verməyə çalışırlar. Ölkənin bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərin təqdir olunmasını utanmadan tələb edirlər. Demokratiya adı altında separatizmi, pozuculuğu, qeyri-sabitliyin yaranmasını müsbət hal qismində qələmə verməyə cəhdlər olunur. Hər hansı Azərbaycan vətəndaşı bu cənabların dəyirmanına su tökürsə, dərhal “qəhrəman”a, “insan haqlarının müdafiəçisi”nə çevrilir. Eyni zamanda, “seçki qurbanı” obrazı da yaradılır.

Onu da vurğulamaq lazımdır ki, bütün bunlar islamofobiyanın son zamanlar daha da vüsət alması fonunda baş verir. Dövlət başçısı İlham Əliyev islamofobiya kimi bir tendensiyanın mənbələri və zərərli cəhətləri haqqında dəqiq fikir bildirib. Hazırda Avropada bununla bağlı xoşagəlməyən hadisələrin özünü göstərdiyi də sirr deyil. Bir sıra dairələr hətta məişət səviyyəsində belə müsəlmanlara qarşı dözümsüzlük nümayiş etdirirlər.

Daha təhlükəlisi odur ki, islamofobiya Qərb siyasətinin məzmununda getdikcə daha çox yer almağa başlayır. Avropanın siyasi institutlarının Azərbaycana ikili standartlar əsasında yanaşmasının, ədalətsiz münasibət göstərməsinin kökünü məhz bu məqamda axtarmaq daha doğru olardı. Lakin elə bu da onların ciddi səhvidir. Digər səbəblərlə yanaşı, həm də ona görə ki, Azərbaycana qarşı düşmən mövqedə duran dairələr siyasətçilərin bu zəif cəhətlərindən istifadə etməyə çalışırlar. Sonda isə Avropa Azərbaycan kimi etibarlı tərəfdaşını itirə bilər. Qərəzli adamların əsas məqsədi zatən bundan ibarətdir. Avropalı siyasətçilər bu tələyə niyə düşürlər?

Demokratiya və şəffaflıq: Azərbaycanın arqumentləri

Azərbaycanda keçirilən parlament seçkiləri həmin məqamın Avropa üçün nə dərəcədə həssas olduğunu nümayiş etdirdi. Çünki bir tərəfdən, seçkilərin qeyri-demokratik keçəcəyi haqqında əsassız fikirlər səsləndirildi, digər tərəfdən də AŞPA seçkilərin beynəlxalq standartlara uyğun olduğunu bəyan etdi. Avropa İttifaqı seçkiyə müşahidəçilər göndərmədi. Avropa Parlamenti bununla bağlı tələsik qərar qəbul etdi. Azərbaycan rəhbərliyinin müraciətlərinə baxmayaraq, onlar mövqelərini dəyişmədilər. İndi isə Avropanın ciddi siyasi institutlarından olan Avropa Şurası Azərbaycandakı seçkilər haqqında həqiqətləri söyləməyə məcbur olub.

Bu aspektdə İsrailin keçmiş xarici işlər naziri Aviqdor Libermanın ATƏT-in mövqeyinə olan münasibəti diqqəti çəkir. Bakıda seçkilərin gedişini izlədikdən sonra o, deyib ki, ATƏT-in buraya müşahidəçilər göndərməməsi üçün heç bir səbəb olmayıb. Bu, sadəcə olaraq, ikili standartların göstəricisidir. Məsələn, ATƏT dünyanın bir sıra ölkələrində demokratiyanın vəziyyəti barədə heç zaman fikir bildirmir. Niyə?

Seçkini müşahidə edən xarici təmsilçilərin hamısı prosesin şəffaf və demokratik normalara uyğun keçirildiyini təsdiqləyirlər. “Exit-poll” keçirən təşkilatlar da eyni fikirdədirlər. Mərkəzi Seçki Komissiyasına nöqsanlarla bağlı ciddi bir məlumat daxil olmayıb. Bütün məntəqələrdə işlər yüksək səviyyədə qurulub. Alınan nəticələr də göstərir ki, müxalif partiyaların bir çoxu parlamentdə təmsil olunub. Onların təqdim etdiyi siyahıdan kimsənin qəsdən çıxarılması ilə bağlı heç bir müraciət qeydə alınmayıb. Bərabər şərtlər daxilində keçirilən seçkilərdə ən güclülər qalib gəlib. Şübhə yoxdur ki, bütün bunlar ölkə parlamentinin daha səmərəli fəaliyyətinə geniş imkanlar açacaq. Xalq seçdiyi millət vəkillərinin uğurlu fəaliyyətinə inanır.

Azərbaycanda parlament seçkisinin yüksək səviyyədə keçməsinin böyük geosiyasi əhəmiyyəti vardır. Bu proses faktiki olaraq bir çox dairələrə mesaj verdi. Birincisi, xaricdə olan və Azərbaycana qarşı daim qərəzli mövqe tutanlar gördülər ki, cəmiyyət hakimiyyəti tam dəstəkləyir, onun həyata keçirdiyi siyasətin doğru olduğunu dərk edir. Belə olmasaydı, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə keçirilən seçkilərdə səslərin mütləq əksəriyyətini qazanmazdı. Deməli, Azərbaycanda sabitliyin əsas təminatı iqtidar-xalq birliyindədir.

İkincisi, vətəndaşların seçki mədəniyyəti yüksək səviyyədədir. Bu keyfiyyətə görə Azərbaycan digər Cənubi Qafqaz ölkələrindən xeyli irəlidədir. Seçki günü insanlar soyuq havaya baxmayaraq aktiv surətdə məntəqələrə axışıb, demokratiya qanunlarına uyğun səs verdilər. Bu zaman nə seçki məntəqəsində çalışanlar, nə də seçicilər tərəfindən hansısa qanun pozuntusu olmayıb. Şübhə yoxdur ki, bu vəziyyət ardıcıl və məqsədyönlü işlərin nəticəsidir.

Üçüncüsü, parlament seçkisinin yüksək səviyyədə və demokratik qaydalara tam uyğun təşkil edilməsi onu sübut edir ki, Azərbaycan rəhbərliyi müstəqil daxili və xarici siyasət kursunu davam etdirməkdə qərarlıdır. Olduqca vacib olan bu məqam, hər şeydən əvvəl, dövlətin gücünün kifayət qədər olduğunu nümayiş etdirir. Azərbaycan rəhbərliyi kənardan olan heç bir təzyiqə boyun əyməyəcək. Eyni zamanda, demokratik inkişaf yolundan, vətəndaş cəmiyyəti quruculuğu kursundan da imtina etməyəcək. Müstəqil Azərbaycan dövləti demokratik tərəqqi xəttinə tam sadiqdir.

Bunlarla yanaşı, Azərbaycanda parlament seçkilərinin uğurlu keçməsi regional miqyasda geosiyasi mənzərəyə müsbət təsir edən fakt kimi də qəbul edilməlidir. Konkret deyilsə, bir daha sübut olundu ki, Azərbaycan bölgədə sülh və sabitliyin təminatçısıdır. Onun daxilində proseslərin sakit keçməsi, demokratik normalara əməl olunması regiona yalnız pozitiv təsir göstərir. Müqayisə üçün deyək ki, Ermənistanda insanların küçələrə çıxıb etiraz etməsi və onlara qarşı hakimiyyət tərəfindən kobud hərəkətlərə yol verilməsi ümumilikdə bölgədə gərginliyin artmasına səbəb olur. Azərbaycan isə tamamilə əksinə, sabitlik və dözümlülüyü tərənnüm edir.

Beləliklə, böyük əminliklə bu qənaətə gəlmək olar ki, Azərbaycan növbəti dəfə demokratiyaya, inkişafa, vətəndaş cəmiyyəti quruculuğuna sadiqliyini dünyaya nümayiş etdirdi. Bununla da bir sıra qərəzli dairələrin əlindən əsassız arqumentləri alınmış oldu. Şübhə yoxdur ki, ölkə rəhbərliyi inkişaf kursunu bundan sonra da qətiyyətlə davam etdirəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...