Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCANDA YERLİ HAKİMİYYƏTLƏRİN MİLLİ ASSOSİASİYALARININ QURULUŞU NECƏ OLMALIDIR?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, iyunun 28-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yerli hakimiyyətlərin milli assosiasiyalarının quruluşu necə olmalıdır?” mövzusunda dəyirmi masa keçirilmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin və Norveçin Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının “Azərbaycanın yerli hakimiyyətlərinin milli assosiasiyalarının yaradılması” üzrə birgə layihəsi əsasında keçirilən dəyirmi masanı Avropa Şurasının eksperti Ouen Masters açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dəyirmi masanın əsas məqsədi Azərbaycanda yerli hakimiyyətlərin milli assosiasiyalarının yaradılması ilə bağlı müzakirələr aparmaq, bu işdə əlaqədar qurumlara yardım göstərməkdir.

Norveç Krallığının ölkəmizdəki səfiri Steynar Gil çıxış edərək demişdir ki, onun ölkəsinin hökuməti Azərbaycanda yerli hakimiyyətlərin milli assosiasiyalarının yaradılması layihəsini dəstəkləyir və bu işə yardım göstərir. Azərbaycanda bu işə dövlət səviyyəsində diqqət göstərilməsi, mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. Bizim əsas məqsədimiz qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək, qarşıya qoyulmuş vəzifənin həlli yollarını tapmaqdır. Avropa Şurası da Azərbaycanda bu layihənin gerçəkləşməsinə böyük əhəmiyyət verir. Təşkilatın Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skardın tədbirdə iştirakı buna əyani misaldır.

Diplomat ölkəsinin Azərbaycanda layihənin gerçəkləşməsi işinə yardımlarını bundan sonra da davam etdirəcəyini bildirmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, hökumətinə və xalqına minnətdarlığını bildirmişdir. Sonra o, Azərbaycan Prezidenti İlham Əliyevin onu qəbul etməsindən, Prezidentin İcra Aparatının rəhbəri ilə, eləcə də Xarici İşlər, Ədliyyə nazirliklərində, Milli Məclisdə keçirdiyi görüşlərdən danışmış və bu görüşlərdə yerli demokratiyanın inkişafına olan maraqdan məmnunluğunu ifadə etmişdir. O demişdir: Biz bilirik ki, Azərbaycanda bələdiyyələr üç assosiasiyanın yaradılmasını istəyirlər. Bunu biz də bəyənir və dəstəkləyirik. Əsas odur ki, bələdiyyələr nəyi istəyirsə biz onu dəstəkləməyə hazırıq. Biz, həmçinin Avropanın bir çox ölkələrinin təcrübəsi, nailiyyətləri və uğursuzluqları barədə sizə məlumat verə bilərik.

Sonra Azərbaycan Prezidenti İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov çıxış edərək, Avropa Şurası nümayəndələrinin Azərbaycan Prezidenti və Prezidentin İcra Aparatının rəhbəri ilə görüşlərini xatırlatmışdır. O demişdir ki, Azərbaycanda bələdiyyələrin işinin səmərəliliyinin artırılması, milli assosiasiyaların yaradılması, demokratiyanın inkişafı istiqamətində mühüm işlər görülür. Ölkəmizdə bələdiyyələrin üç assosiasiyasının yaradılması ilə bağlı təkliflər ötən seminarda geniş müzakirə olunmuş və bununla əlaqədar işçi qrupları yaradılmışdır. Azərbaycan rəhbərliyi yerli özünüidarəetmə qurumlarının demokratikləşməsi üçün çalışır və bu məsələni dəstəkləyir. Hesab edirik ki, biz ümumi müsbət bir nəticə əldə edəcəyik.

H.Mövsümov bir daha vurğulamışdır ki, bu gün müzakirə olunan məsələdə hər şey bələdiyyələrin qərarından asılıdır. Prezidentin İcra Aparatı onların bu məsələ ilə bağlı istənilən qərarını dəstəkləyəcəkdir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışında, bu cür tədbirlərin Azərbaycanda yerli demokratiyanın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmiş, Azərbaycan ilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi arasında əlaqələrin inkişafından danışmışdır. Natiq demişdir ki, Azərbaycanda bələdiyyə institutunun yaradılması Konstitusiyada təsbit olunmuşdur və hazırda bələdiyyələrlə bağlı mükəmməl qanunvericilik bazası vardır. Bələdiyyələrin fəaliyyəti Azərbaycan Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, eləcə də bu günə qədər qəbul olunmuş qanunlarla tənzimlənir.

Bələdiyyə institutunun yaradılması və inkişafı ölkəmizdə bu gün də davam etdirilir. Bu işdə Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələr də xüsusi rol oynayır. 2001-ci ilin dekabrında Avropa Xartiyası Milli Məclisdə təsdiq olunduqdan sonra əlaqələrimiz daha da intensivləşmiş və genişlənmişdir. Avropa Şurasının ekspertləri 2002-ci ilin avqust və 2003-cü ilin mart aylarında ölkəmizdə monitorinqlər keçirmiş və xüsusi tövsiyələr hazırlamışlar. Həmin tövsiyələr qanunvericilik bazasının təkmilləşdirilməsində və bələdiyyələrin işinin səmərəli təşkilində mühüm rol oynamışdır.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsi dəyişdirilmiş və icra orqanlarının səlahiyyətlərinin bir hissəsi qanunla müəyyən olunmuş qaydada bələdiyyələrə verilmişdir.

Tövsiyələrdə qeyd olunan vacib məsələlərdən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsidir. Bununla bağlı 2003-cü ilin may ayında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun qəbul edilmiş və həmin ilin sentyabrından bu nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.

Milli assosiasiyaların yaradılmasına gəldikdə isə bugünkü tədbirin təşkili bir daha göstərir ki, ekspertlərin bu məsələ ilə bağlı tövsiyələri də həyata keçirilməkdədir. Məlumdur ki, yerli özünüidarə ilə bağlı Avropa Xartiyasının və “Bələdiyyələrin statusu haqqında” Qanunun müddəalarına əsasən, bələdiyyələr öz fəaliyyətlərini yerinə yetirmək və qarşılaşdıqları vacib məsələləri həll etmək üçün birləşmək hüququna malikdirlər. Biz Xartiyanın və milli qanunvericiliyin tələblərinə uyğun olaraq milli assosiasiyaların yaradılmasına böyük önəm veririk.

Xatırladıldı ki, bələdiyyələr iyun ayının əvvəllərində keçirdikləri toplantılarında üç milli assosiasiyanın - şəhər, kənd və qəsəbə assosiayalarının yaradılması barədə qərar qəbul ediblər. Sözsüz ki, onlar bu qərarların qəbulunda müstəqildirlər. Amma dövlət orqanlarının, o cümlədən beynəlxalq qurumların, xüsusən də Avropa Şurası Konqresinin köməyi olmadan bu vəzifələri yerinə yetirmək onlar üçün çətin olacaqdır. Ona görə də biz bələdiyyələrə bu və digər işlərində dəstək verməyə hazırıq.

Sonra dəyirmi masada Azərbaycanda bələdiyyələrin işinin səmərəli təşkili, onların problemlərinin həlli və milli assosiasiyaların yaradılması barədə məsələlər müzakirə olunmuş, Azərbaycanda şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının yaradılması barədə qərarın dəstəkləndiyi bəyan edilmişdir. Dəyirmi masada, həmçinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin köməyini işçi qruplarına səmərəli surətdə çatdırmaq üçün Prezidentin İcra Aparatından, Milli Məclisdən, Ədliyyə Nazirliyindən və işçi qruplarından 6 nəfər müəyyənləşdirilmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard demişdir ki, Azərbaycanda milli assosiasiyaların yaradılması yerli demokratiyanın inkişafında və bələdiyyələrin işinin səmərəli təşkilində, həmçinin onların beynəlxalq əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaqdır. Cənab Skard rəhbərlik etdiyi qurumun, Norveçin Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının və Norveç hökuməti bu işdə Azərbaycana yardımlar göstərəcəyini bildirmişdir.

Dəyirmi masadan sonra mətbuat konfransı keçirilmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard demişdir ki, Avropa Şurasının ekspertlərinin apardığı monitorinqin nəticələrinə görə, Azərbaycanda yerli özünüidarə orqanlarının - bələdiyyələrin işində irəliləyişlər vardır, bu sahədə müəyyən nailiyyətlər əldə olunmuşdur. Problemlər də mövcuddur, amma bunlar tezliklə öz həllini tapan məsələlərdir. Biz Azərbaycanda sürətli milli inkişafı görürük və hesab edirik ki, bu inkişafı sürətləndirəcək daha bir addım atılmış, bələdiyyələrin milli assosiasiyalarının yaradılması qərara alınmışdır.

Sonra Halvdan Skard jurnalistləri maraqlandıran digər sualları cavablandırmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb