Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək - bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savabdır. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab olunur. Faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli hadisələrin tarixi mahiyyətini dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini verməlidir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq yönündə atdıqları addımlar bu ərazilərdə tarixən yaşayan azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir.

Tarixi faktlar bundan ibarətdir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb. Təkcə Mart soyqırımı — 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində — Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən çox azərbaycanlı soyqırımına məruz qalıb, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilib; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib, Şamaxının mərkəzi Cümə məscidinə od vurulub, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diri yandırılıb; Lənkəran qəzasında 2 min insan qətl edilib;

1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistan ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı tarixi sənədlərdə öz əksini tapıb. Belə ki, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülüb; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilib və əhalisi soyqırımına məruz qalıb; Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilib; Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilib; Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlı öldürülüb; 162 kənd dağıdılıb, 3 minə qədər yəhudi vəhşicəsinə qətlə yetirilib.

Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada, Türküstanda da mövcud olub. 1918-1922-ci illərdə Özbəkistanın Fərqanə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək müsəlmanın həyatına son qoyulması, erməni daşnakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün ərzində on mindən çox, Əndicanda isə beş minə yaxın insanın məhv edilməsi, Qırğızıstanda Suzak, Bazar-Korgon kəndlərinin bütün sakinlərinin güllələnməsi tarixi mənbələrdən məlumdur.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı, 1988-1990-cı illərdə isə Ermənistanın digər ərazilərindəki ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.

Ötən əsrdə 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində təcavüz siyasətini davam etdirən Ermənistan dünya birliyi tərəfindən tanınan ərazilərimizin 20 faizini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğal etdi, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları onların törətdikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun bölmələri Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması ilə müşayiət olunmuş Xocalı faciəsi Holokost, Hernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıradadır və dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, İslam, xristian və yəhudi məbədlərini məhv edib, həqarətə məruz qoyub, Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününküləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıblar. Təkcə Qarabağ ərazisində fəaliyyətdə olan 67 məsciddən 64-ü Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi, kitabxanası abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədində və Azərbaycanın Qarabağ ərazilərində yeni hərbi təxribatlara başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdilər. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi.

Biz, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında, Uca Yaradanımızın müqəddəs kitablarda bizlərə buyurduğu kimi, qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Azərbaycan dövlətinin siyasi xətti bundan ibarətdir ki, müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyillərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsinə görə bölgədə, Azərbaycanda bütün xalqlar, o cümlədən, erməni əsilli Azərbaycan vətəndaşları birlikdə, bərabər hüquqlarla mehriban qonşuluq şəraitində yaşamalıdırlar.

Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, müharibə deyil, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, xaricdəki erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hazırda erməni terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob, faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar. Öz işğalçı niyyətlərini, özgə torpağına iddialarını ört-basdır etmək üçün iftira təbliğatlarını dini zəmində təəssübkeşlik üzərində quraraq özlərini dünyaya məzlum qurbanlar kimi təqdim edirlər. Bir əlində xaç, bir əlində silah müharibə təbliğ edən, xalqını işğalçı müharibəyə, dinlərarası müstəvidə toqquşmaya sövq edən erməni kilsəsi öz məsuliyyətini, nəhayət, dərk etməlidir.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, Vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi-hüquqi qiymət verməyə, törədilmiş hadisələrin bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq.

Qoy Uca Yaradan hamımıza həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub