Azərbaycanı Avstriyada keçiriləcək Qran-Pri turnirində 12 cüdoçu təmsil edəcək
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan cüdo millisinin Avstriyanın Linz şəhərində keçiriləcək Qran-Pri turniri üçün yekun heyəti müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda 8 kişi, 4 qadın idmançımız mübarizə aparacaq.
Kişilərin yarışında Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) güclərini sınayacaqlar.
Qadınlar arasında isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmağa çalışacaqlar.
Ümumilikdə 75 ölkə təmsilçilərinin çıxış edəcəyi Qran-Pri mayın 25-27-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]