AZƏRBAYCANIN AKTAUDA BAŞ KONSULLUĞU AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Aktauda baş konsulluğu açılmışdır.
Sentyabrın 6-da Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Aktaudakı baş konsul Rəşad Məmmədovu Məngistay vilayətinin hakimi Krımbek Kuşerbayevə təqdim etmişdir. Görüşdə ölkələrimizin əlaqələrinin genişləndirilməsi, Azərbaycan ilə Məngistay vilayəti arasında daha sıx əməkdaşlıq qurulması, vilayətdə azərbaycanlılara yaradılmış şərait və digər məsələlər müzakirə edilmişdir. Deyilmişdir ki, Məngistay vilayətində, xüsusən də Aktauda çoxsaylı Azərbaycan diasporu yaşayır və elə buna görə də baş konsulluq məhz bu şəhərdə açılmışdır.
Bir gün əvvəl isə Lətif Qəndilov Rəşad Məmmədovu Astanada Qazaxıstanın xarici işlər naziri Marat Tajinə təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]