AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN LİTVA RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Vilnüsdən xəbər verir ki, Litvada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə və hökumət nümayəndə heyətinin üzvləri aprelin 3-də səhər XIV əsrdə Litva knyazlığının paytaxtı olmuş Trakay şəhərinə gəlmişlər. Bu mənzərəli şəhərdə Azərbaycan hökumətinin başçısı şəhərin meri Tadeuş Ujdelin müşayiəti ilə orta əsr memarlığının incisi olan Trakay sarayını gəzmiş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Elə həmin gün A.Rasizadə Vilnüsdəki “Akropolis” ticarət mərkəzində olmuşdur.
Aprelin 3-də Baş nazir A.Rasizadə Vilnüsdən Bakıya yola düşmüşdür.
Vilnüs beynəlxalq hava limanında hörmətli qonağı və Azərbaycanın hökumət nümayəndə heyətini kommunikasiya naziri Z.Balçitis, Litvanın ölkəmizdəki səfiri Q.Kobeskayte və digər rəsmi şəxslər yola salmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]