Azərbaycanın bu ilin ilk yarısında ixrac etdiyi polietilenin həcmi açıqlanıb
Bakı, 17 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi polietilenin miqdarı 4,5 faiz artaraq 63,9 min ton olub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 72,1 milyon dollar təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında 65 milyon dollarlıq 61,2 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]