İDMAN
AZƏRBAYCANIN DAHA İKİ SAMBOÇUSU AVROPA BİRİNCİLİYİNİN BÜRÜNC MEDALINI QAZANMIŞDIR
Latviyanın Liepaya şəhərində keçirilən Avropa birinciliyində Azərbaycanın daha iki samboçusu bürünc medallar qazanmışdır.
Yığma komandanın baş məşqçisi Mübariz İbrahimov AZƏRTAC-a bildirmişdir ki, yarışın ikinci günü Cavidan Qarayev (52 kq) və Yasin Həsənov qitə çempionatında üçüncü yeri tutmuşlar. Fərdi Zərbəliyev isə beşinci olmuşdur.
Bu, yığmamızın qitə çempionatında qazandığı beşinci medaldır. Yarışın ilk günü Əfqan Abdullayev (48 kq) qızıl, Yaşar Abbasov (60 kq) və Vüqar Məmmədov (48 kq) isə müvafiq olaraq, gümüş və bürünc medallara layiq görülmüşdülər.
Mayın 20-də döşək üzərinə Azərbaycanın daha üç çəki dərəcəsi üzrə yarışan idmançıları çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]