Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın “dəniz gücü”: ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II hissə)

Azərbaycanın “dəniz gücü”: ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II hissə)

Biz Azərbaycanın “dəniz gücü”nün təhlilini davam etdiririk. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni geostrateji və coğrafi-iqtisadi reallıqlar şəraitində Azərbaycan ərazisindən tranzit yüklərin daşınması, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılması aspektində mühüm rolunun, əlbəttə, daha geniş analizinə ehtiyac duyulur. Lakin vurğulamaq istədiyimiz məqamlar da bu prosesin başlıca məzmununu dərk etməyə imkan verir. Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri sayəsində öz inkişafının yeni mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi nailiyyətlər qazanan “Azərbaycan Dəniz Gəmiçiliyi” Xəzər hövzəsində ən böyük potensiala malik quruma çevrilib. Bu proses hazırda sistemli olaraq davam etdirilir. Son illər QSC ilə bağlı həyata keçirilən proqramlar həmin kontekstdə strateji əhəmiyyət kəsb edir. Həmin bağlılıqda məsələnin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Genişlənən imkanlar: Xəzər hövzəsində liderliyin təmini naminə

Birinci yazıda vurğulamışdıq ki, hazırda Xəzər hövzəsində 200-dən çox gəmisi ilə ən böyük donanmaya malik qurum “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”dir. Onun tərkibində müxtəlif funksiyaları yerinə yetirən struktur vahidləri vardır. Onlara nəqliyyat, ixtisaslaşdırılmış funksiyaya malik donanma və təmiredici zavodlar daxildir. Göründüyü kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” çoxfunksiyalı və daim inkişafda olan strukturdur. Bu gün onun sərəncamında 20 tanker var. Prezident İlham Əliyevin dəstəyi ilə daha 4 tanker də inşa edilir. Bundan əlavə, müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. QSC quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri ilə də təchiz olunacaq.

Dövlət başçısının iştirakı ilə suya salınan “RoPax” tipli yeni “Azərbaycan” gəmi-bərəsi Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq. “Azərbaycan” gəmi-bərəsi 56 vaqon, 50 TIR, həmçinin 100 sərnişin götürəcək. Heyət sayı 30 nəfərdən ibarət olacaq unikal gəmi-bərənin uzunluğu 154,5, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Mütəxəssislər vurğulayırlar ki, “Azərbaycan” gəmi-bərəsi və inşa olunan daha 1 ədəd eyni tipli bərə gəmisi “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən tranzit yüklərin daşınmasında geniş surətdə iştirak edəcək. Onu da qeyd edək ki, Bakı gəmiqayırma zavodu regionda ən müasir və unikal gəmi tikintisi potensialına malikdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” onun imkanlarından geniş istifadə edir.

Yuxarıda vurğulanan faktlara onu da əlavə edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsidir. Məhz bu qurum Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir. Bu gün “Azərbaycan Dəniz Gəmiçiliyi” Xəzər dənizində yeganə bərə operatorudur. Qurum tam gücü və funksiyaları ilə ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

Bunlar bir daha onu təsdiq edir ki, Azərbaycanın “dəniz gücü”nün əsas təmsilçisi olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ancaq statik funksiyalar yerinə yetirən struktur vahidi deyil. Əksinə, bu qurum daim özünü inkişaf etdirən və funksional imkanlarını mütəmadi genişləndirən dinamik təşkilatdır. QSC-nin fəaliyyəti bütövlükdə ölkənin davamlı inkişaf kursunun tərkibinə üzvi surətdə daxildir. O, faktiki olaraq, Azərbaycanın “quruda” inkişafını “dənizdə” tamamlayan çevik strukturdur. Bu keyfiyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Məsələnin həmin tərəfinə iki aspektdə yanaşmaq doğru olardı.

Birinci aspekt “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzərdə öz funksiyasını tranzit-nəqliyyat potensialı kontekstində yüksək səviyyədə yerinə yetirməsi ilə bağlıdır. Onun konkret əlaməti qurumun etibarlı tərəfdaş kimi müxtəlif tranzit proseslərində iştirakından ibarətdir. Regional və beynəlxalq layihələr çərçivəsində QSC-nin imkanlarından geniş istifadə olunur. Xarici tərəfdaşlar Azərbaycanın bu qurumuna tam etibar edirlər. İkinci aspekt “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərində özəl funksiya yerinə yetirməsi ilə əlaqəlidir. Belə ki, hər iki istiqamət üzrə yükdaşımalar məhz Xəzərin Azərbaycan sektorunda qovuşur. Bu isə təşkilat qarşısında sadəcə yükləri daşımaq kimi vəzifə deyil, həm də onların tənzimlənməsi kimi logistik bir öhdəlik qoyur. Bu iki funksiyanın səmərəli surətdə uzlaşdırılması QSC-nin bugünkü fəaliyyətini təmin etməklə yanaşı, gələcək inkişaf xəttinin konkret cizgilərini də müəyyənləşdirməyə real imkan yaradır. Bu aspektdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strateji hədəfləri, missiyası və dəyərləri ayrıca maraq doğurur. Qurumun xüsusi hazırladığı sənəddə həmin məqamlar öz dolğun əksini tapıb.

Strateji hədəflər və məqsədlər: regional və qlobal şərtlərin qovşağında

Qurumun öz fəaliyyətində rəhbər tutduğu əsas dəyərlər kadrların peşəkarlığı, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, keyfiyyətli xidmət və dayanıqlı inkişaf anlayışlarını əhatə edir. Kadrların peşəkarlığı xidməti və təhlükəsizliyi təmin edir. Bunun əsasında dayanıqlı inkişafa nail olunur. Həmin çərçivədə ekoloji təmizliyə əməl etmək şansı yaranır. Bu, dayanıqlı inkişaf punktunda belə ümumiləşdirilir: “Effektiv və səmərəli idarəetməyə malik gəmiçilik şirkəti olaraq, göstərdiyimiz xidmətlərin dəyər zəncirimiz boyu bütün maraqlı tərəflərimiz üçün əlavə dəyər yaratması məqsədilə fəaliyyətimizin bütün aspektlərində dayanıqlı inkişaf yolunu tutmuşuq”. Bundan başqa, təhlükəsizliyin təmini “yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması” əsasında reallaşdırılır.

Bu cür dəyərlərin məzmunundan QSC-nin “beynəlxalq yüklərin ahəngdar və fasiləsiz axınının təmin edilməsi və Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasına töhfə verilməsi” kimi missiyası meydana çıxır. Yuxarıda vurğuladığımız məqamlar məhz Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasının müxtəlif aspektlərini izah edir. Yəni, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, faktiki olaraq, vahid bir strategiyanın ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərir və ona uyğun missiya daşıyır.

Bu fəaliyyət metodunun da öz məramı vardır. Bu, haqqında bəhs etdiyimiz sənəddə belə ifadə olunub: “Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdən kənarda əməliyyatların genişləndirilməsi”. Məsələnin bu tərəfi “dəniz gücü” anlayışı kontekstində prinsipial əhəmiyyət kəsb edir. Aydın görünür ki, QSC-nin fəaliyyəti daim inkişaf və təkmilləşmə ilə yanaşı, fəaliyyət sahəsinin genişləndirilməsi tələbi ilə də müəyyən olunur. Bu isə Azərbaycanın gələcəkdə də Xəzərdə öz liderliyini saxlamaq niyyətində olduğunu göstərir. Konkret ifadə etsək, Azərbaycan “dəniz gücü”nü dinamik inkişaf edən mükəmməl və açıq sistem halına çatdırmaqda qərarlıdır. Bu, Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi üçün olduqca vacib bir faktordur.

Bütün bu funksiyaların öhdəsindən gəlmək üçün QSC başlıca şüar kimi “Avropa və Asiya arasında Sizin ən qısa körpünüz” lakonik tezisini seçib ki, bu da məqsədə tam uyğundur. Əlbəttə, bütün bu vurğulanan məqamların prizmasından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “dəniz gücü” keyfiyyətində strateji hədəfləri və məqsədləri də çox maraq doğurur. Qurum dörd əsas hədəf müəyyənləşdirib. Onlar aşağıdakılardır: “səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafı təmin edən müasir gəmiçilik şirkətinin qurulması”, “əməliyyatların təhlükəsiz şəkildə və ətraf mühitə zərər vurmadan aparılması”, “güclü yerli kadrların hazırlanması” və “biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi”.

Bu hədəflərə çatmaq üçün on altı məqsəd müəyyənləşdirilib. Onların məzmununun analizi göstərir ki, QSC, faktiki olaraq, özünü təmin edən, tələb olunan iş keyfiyyətinə hazır olan, çevik strukturlu və inkişafda olan bir qurumdur. Onun fəaliyyətində şəffaflıq başlıca yerlərdən birini tutur. Bununla yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin əsas məqsədləri sırasında “Xəzər dənizində yükdaşımalarda aparıcı mövqenin qorunub saxlanılması” və “Xəzərdən kənarda fəaliyyətin genişləndirilməsi” müddəalarının yer alması qurumun ciddi strateji məqsədinin olduğunu ifadə edir.

Bütün bu məqamlar Azərbaycanın “dəniz gücü”nün artıq bir siyasi, iqtisadi, təhlükəsizlik, geosiyasi və geoiqtisadi reallıq olduğunu təsdiq edir. Prezident İlham Əliyevin uzaqgörən, dərin düşünülmüş və dəqiq əsaslandırılmış siyasəti nəticəsində ölkənin “dəniz gücü” dinamik inkişaf edən bir prosesə çevrilib. Şübhə yoxdur ki, bu dinamika daha da intensiv ritmlərdə inkişaf edəcək. Və bu prosesdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC öz mühüm rolunu oynamaqda davam edəcək!

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu