Azərbaycanın Əməkdar artisti İtaliyada növbəti konsertdə çıxış edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Əməkdar artist Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində dünyaşöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Afaq Abbasova konsert proqramında məşhur soprano Martina Serafinlə birgə eyni səhnəni bölüşüb.
Tanınmış italiyalı aktyor və rejissor, “Oskar” mükafatı laureatı Ciankarlo Ciannini tədbirdə çıxış edərək Puççininin operalarındakı ariyalarla bağlı fikirlərini bölüşüb.
Konsertə dair təəssüratlarını dilə gətirən Əməkdar artist çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu bildirib, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]