Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır

Naxçıvan, 20 noyabr (AZƏRTAC). Dövlət müstəqilliyinin 19-cu ildönümünü qeyd edən Azərbaycan qlobal miqyaslı dəyişikliklər prosesinə cəlb olunmuşdur. Ölkəmizdə sürətlə həyata keçirilən demokratik islahatlar, sivil dünyəvi dövlət quruculuğu istiqamətində atılan addımlar, ilk növbədə qlobal miqyaslı dəyişiklikər prosesinin tərkib hissəsi kimi qəbul edilməlidir. Ümummilli lider Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində demişdir: “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur”. Dünyada gedən proseslərə paralel olaraq ölkəmizdə həyata keçirilən və gündən-günə dərinləşən islahatların əsas hərəkətverici qüvvəsi Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasıdır.

XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi üçün real zəmin yaransa da, 1988-1993-cü illər Azərbaycan xalqı üçün ağır sınaqlar, fəlakətlər dövrü olmuşdur. Həmin illərdə ölkəmiz son dərəcə ciddi ictimai-siyasi problemlərlə, sosial-iqtisadi çətinliklərlə, ən başlıcası isə mütəşəkkil erməni hərbi təcavüzü ilə üzləşmişdir. Cəmiyyətdə anarxiya və xaos, vətəndaş itaətsizliyi hökm sürürdü. Sosial-iqtisadi sahədə ağır böhran yaranmışdı, xalqın həyat şəraiti gündən-günə pisləşir, istehsal sahələri iflic vəziyyətə düşürdü. Bu vəziyyət vətəndaş qarşıdurmasına aparırdı və 1993-cü ilin iyununda vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bütün bunlar sübut edirdi ki, Azərbaycanın 1991-ci il oktyabrın 18-də bəyan edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı real həyatda öz təsdiqini tapa bilmir. Sözün tam mənasında Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi reallığa çevrilməkdə idi. Belə bir tarixi dövrdə yenicə müstəqillik əldə etmiş respublikamızda 30-dan artıq siyasi partiya rəsmi qeydiyyatdan keçsə də, əslində bu partiyaların heç biri Azərbaycanı idarə etmək iqtidarında olmadıqlarından ölkəni uçuruma sürükləyirdilər. Qarabağ cəbhəsində bir-birini əvəz edən məğlubiyyətlər, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə - Azərbaycana o dövrdə rəhbərlik edənlərin öz millətinə qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi. Nə Vəzirov-Mütəllibov hakimiyyəti, nə də Xalq Cəbhəsi-Müsavat iqtidarı Azərbaycanı düşdüyü ağır siyasi və iqtisadi durumdan xilas etmək gücündə deyildi. Müharibə şəraitində olan ölkədə 15 ay ərzində 4 dövlət başçısı və 5 müdafiə naziri dəyişilmişdi. Regionda strateji maraqları olan güc mərkəzləri isə Azərbaycanın parçalanması, quberniyalara, əyalətlərə bölünməsi planını cızırdılar.

Bütün bunlar Azərbaycanda yeni siyasi hərəkatın formalaşmasına, yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Belə bir taleyüklü məqamda Azərbaycan milli azadlıq hərəkatının ağırlıq mərkəzi Naxçıvana keçmişdir. 1990-cı il iyul ayının 22-də böyük dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda mühüm mərhələ başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Qayıdış” kitabında ulu öndərin Naxçıvana qayıdışını, onun tarixi xilaskarlıq missiyasını belə xarakterizə etmişdir: “Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdışı idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.

Ulu öndər 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilməklə yenidən fəal siyasət meydanına qədəm qoydu və bir il sonra - 1991-ci il sentyabrın 3-də əhalinin təkidli xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq üçün taleyüklü bir xilaskarlıq missiyasını öz çiyinlərinə götürmüşdür.

Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderimizin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin çoxdan bəri diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv tarixi zərurət idi. Məhz bu zərurəti və xalqın bütün təbəqələrinin arzusunu ifadə edən tanınmış ziyalılardan 91 nəfəri 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahişi ilə “Azərbaycan sizi gözləyir” adlı müraciət etmişdilər. Bu müraciətə 1992-ci il oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda” proqram xarakterli çağırışı ilə cavab verən ümummilli liderimiz yeni siyasi partiyanın yaradılması zərurətini əsaslandıraraq demişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”. Ulu öndərin bu tarixi cavabını böyük uzaqgörənliklə təhlil edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov deyirdi: “Bu fikirlər “Yeni Azərbaycan” uğrunda hərəkatda birləşmək üçün kifayət qədər əsas yaratmışdır.

Qısa müddət ərzində on minlərlə insan Heydər Əliyev şəxsiyyəti ətrafında birləşərək, Azərbaycançılıq ideologiyası ilə silahlanaraq, yuxarıdan heç bir göstəriş gözləmədən könüllü şəkildə partiyamızın təşkilatlanmasına başlamışdır.

Əhali anlayırdı ki, bu təşkilat məzmunca partiya anlayışı daşısa da, əslində mahiyyət etibarilə xalqın böhrandan çıxması üçün tarixin yaratdığı yeganə şansdır”.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı öz işinə başlamışdır. Həmin dövrdə guya demokratiya bayrağı qaldıran, əslində isə totalitar təfəkkürün daşıyıcıları olan Xalq Cəbhəsi-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakı şəhərində keçirilməsinə icazə vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gələn və 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətində, kəskin enerji çatışmazlığı şəraitində yaşayan Naxçıvanda baş tutmuşdur.

Beləliklə, 18 il əvvəl, ölkəmizdə xaosun, anarxiyanın, özbaşınalığın, hərc-mərcliyin, vətəndaş qarşıdurmasının tüğyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyası sağlam düşüncə, sağlam fikir, xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yaradılmışdır.

YAP-ın yaranması Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ təşkil etmişdir. Tarixi proseslərə güclü təsir imkanına malik olan YAP Azərbaycan xalqının arzu və istəyindən, tarixi zərurətdən yaranmış, ulu öndər Heydər Əliyevin rəhbərliyi isə partiyamıza nüfuz və şöhrət gətirmişdir. Heydər Əliyev YAP-ı yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, parçalanmasının qarşısını almaq, dövlətimizi yaşatmaq və daha da möhkəmlətmək. Bu şərəfli missiyanı həyata keçirən ümummilli liderimiz ölkəmizin siyasi tarix səhnəsindən silinməsinin qarşısını almış, dövlət müstəqilliyini daimi və əbədi etmişdir. Müasir, müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən YAP ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir.

Qısa zaman kəsiyində YAP ümumxalq partiyası kimi ümumbəşər dəyərlərə əsaslanan proqram prinsiplərinə istinad edərək müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət, həmçinin ideoloji-təşkilati baxımdan Azərbaycan cəmiyyətinin ən nüfuzlu və inanılmış siyasi təşkilatına çevrilmişdir. Bu da bir həqiqətdir ki, YAP-ın yaradılmasından sonra Azərbaycanda fəaliyyət göstərən və yeni yaradılan siyasi partiyalardan heç biri onun qədər geniş sosial baza, siyasi proseslərə təsir imkanı qazana bilməmişdir.

Ölkənin iqtisadi inkişafının davamlı olması hökumətin iqtisadi siyasətinin və iqtidar partiyası qismində Yeni Azərbaycan Partiyasının iqtisadi platformasının təməl prinsipidir.

Ötən müddətdə respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, iqtisadiyyatın liberallaşdırılması, balanslaşdırılmış xarici ticarətin təşəkkülü, qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin əlaqələndirilmiş şəkildə reallaşdırılması əsasında regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisinin artması, iqtisadi resursların istifadəsində maksimum səmərəliliyin əldə olunması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yerli istehsal və emal müəssisələrinin işə salınması, yoxsulluğun azaldılması və yüksək məşğulluq səviyyəsinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

Düzgün iqtisadi strategiya nəticəsində respublikamızda maliyyə-iqtisadi sabitliyə nail olunmuş, bazar iqtisadiyyatına keçidlə bağlı lazımi hüquqi və iqtisadi baza yaradılmış, müvəffəqiyyətlə həyata keçirilən özəlləşdirmə proqramı iqtisadiyyatımızın tərəqqisinə müsbət təsirini göstərmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizdə 2005-ci ildə 12522.5 milyon manat (adambaşına 1494.3 min manat) olan ümumi daxili məhsul istehsalı 2009-cu ildə 34578.7 milyon manata (adambaşına 3917.3 min manat) çatmışdır. 2010-cu ilin yanvar-oktyabr aylarında 2009-cu ilin eyni dövrü ilə müqayisədə ÜDM-də 4,1 faizlik artım əldə olunmuşdur. Dövlət büdcəsinin gəlirləri 2005-ci ildəki 2055.2 milyon manatdan 2010-cu ildə 11505 milyon manata çatmış, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri isə bu illə müqayisədə 4,8 faiz artıq, yəni 12061 milyon manat nəzərdə tutulmuşdur. Ölkəmizin strateji valyuta ehtiyatları 27 milyard ABŞ dollarını, Dövlət Neft Fondunda toplanan vəsait isə 14 milyard ABŞ dolları ötmüşdür.

Mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb edən torpaq islahatı nəticəsində aqrar sektor durğunluqdan çıxaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əldə edilmiş nailiyyətlər bizə yaxın gələcək üçün Azərbaycan iqtisadiyyatının perspektivləri haqqında nikbin proqnozlar verməyə, ölkəmizin keçid dövrünün ağır və mürəkkəb mərhələsini arxada qoyduğunu söyləməyə əsas verir.

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurları beynəlxalq maliyyə qurumlarında ölkəmizə inamı daha da artırmış, onun nüfuzunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə əlaqələrini getdikcə genişləndirir. İpək yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməyə başlanılması, habelə bu ilin sentyabrında Bakı şəhərində reallaşdırılmasına dair Azərbaycan, Gürcüstan və Rumıniya arasında razılıq əldə olunmuş AGRİ qaz kəməri layihəsi Prezident İlham Əliyevin neft strategiyasının Azərbaycana verdiyi iqtisadi, siyasi, mənəvi səmərə iqtidarın düzgün siyasətinin nəticəsidir.

Hazırda müstəqil dövlətimiz dünyanın əksər ölkələri ilə çox geniş siyasi-diplomatik və iqtisadi əlaqələr saxlayır. Xarici siyasət sahəsində ölkəmiz əsaslı irəliləyişlərə nail olmuşdur. YAP sədri, Prezident İlham Əliyevin xarici siyasət doktrinasının ana xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bölgədə və dünyada yüksək nüfuza malik Azərbaycan dövlətinin inkişafı, milli və iqtisadi təhlükəsizliyin təmin edilməsi, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində fəaliyyətin qurulması təşkil edir.

Daxili siyasət istiqamətində Azərbaycanda çoxpartiyalı sistem əsasında parlament, prezident, bələdiyyə seçkiləri keçirilmiş, siyasi partiyaların azad, sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılmışdır.

Bu gün ölkəmizin demokratikləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkanda insan hüquqlarının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, sosial ədalət prinsiplərinin bərqərar edilməsi yönündə qazanılan uğurlar bütün dünyada qəbul edilməkdədir. İqtisadi və siyasi islahatların bir-birini tamamlaması dünya dövlətləri tərəfindən iqtisadi-siyasi inkişafın Azərbaycan modeli kimi qəbul edilmişdir.

Bütün bunların nəticəsidir ki, bu illər ərzində YAP Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində ölkə ictimaiyyətinin böyük siyasi dəstəyini qazanaraq bir iqtidar partiyası kimi öz siyasi mövqeyini qoruyub saxlamaqdadır.

Dünənin, bu günün və gələcəyin partiyası olan YAP öz sıralarında 500 mindən artıq ölkə vətəndaşını birləşdirərək hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, respublikamızın ərazi bütövlüyünün təmin olunması, bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafı, cəmiyyətin hər bir üzvünün maddi rifah halının yüksəldilməsi, beynəlxalq aləmə sürətlə inteqrasiya istiqamətində görkəmli siyasət və dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir.

YAP-ın məhz Naxçıvanda yaranması, partiya liderinin xalqın çağırışı və təkidli tələbləri ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə buradan qayıdışı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının formalaşması və təşəkkül tapmasında müstəsna rol oynamışdır. Ötən illər ərzində ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə, siyasi dəst-xəttə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikada aparılan dövlətçilik və quruculuq işində yaxından iştirak etmişdir. Təqdirəlayiq haldır ki, YAP Naxçıvan Muxtar Respublika təşkilatının sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənməkdə və güclənməkdədir. Təşkilat 1992-ci ildə öz sıralarında 1118 nəfər, 2002-ci ildə isə 20 min nəfər üzvü birləşdirdiyi halda, hazırda onların sayı 46072 nəfərdir. Bu, muxtar respublikada siyasi fəal əhalinin 17 faizindən çoxunu təşkil edir. Üzvlərinin say tərkibinin əsas hissəsi ziyalılar, gənclər və qadınlar olan, onları 8 rayon (şəhər) partiya, 806 ərazi ilk partiya təşkilatlarında birləşdirən yerli təşkilat muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Təşkilat noyabrın 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə 3 üzvlə Milli Məclisdə, 41 üzvlə Ali Məclisdə, 2009-cu ilin dekabr ayında keçirilmiş seçkinin nəticələrinə əsasən 1270 üzvlə muxtar respublikamızın bələdiyyə orqanlarında təmsil olunur. Üzvlərin 17973 nəfərini (39 faizini) qadınlar, 19560 nəfərini (42,4 faizini) gənclər təşkil edir. Muxtar respublikanın əsas ziyalı potensialı da məhz YAP Naxçıvan Təşkilatında təmsil olunur. Belə ki, təşkilat üzvlərindən 2 nəfəri akademik, 17 nəfəri elmlər doktoru, professorlar, 207 nəfəri isə müxtəlif elmlər üzrə fəlsəfə doktorları, dosentlərdir.

Bu gün muxtar respublikada görülən böyük quruculuq işləri, yaranmış ictimai-siyasi sabitlik dövlətə və Heydər Əliyev ideyalarına olan sədaqətin bariz nümunəsidir. Blokadada olmasına baxmayaraq, son dövrlərdə muxtar respublikada tikilən çoxsaylı məktəblər, yeni-yeni körpülər və bütün sahələri kompleks şəkildə əhatə edən digər sosial infrastruktur obyektləri, Naxçıvan şəhərinin və eləcə də muxtar respublikanın digər yaşayış məntəqələrində aparılan geniş tikinti-quruculuq və abadlıq işləri partiya üzvlərini yeni əhval-ruhiyyə və tükənməz şövqlə bu möhtəşəm quruculuq işlərində yaxından iştiraka cəlb edir. Naxçıvanda son 15 ildə həyata keçirilən bu siyasət iqtidar partiyası kimi YAP-ın nüfuzunu artırmış, partiyanın muxtar respublika təşkilatının siyasi proseslərə təsir gücünü yüksək səviyyədə təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi tarixi xilaskarlıq missiyası bu gün yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.

Bu gün Naxçıvan Muxtar Respublikası mütərəqqi inkişaf meydanına, yalnız ölkəmizin deyil, həm də regionumuzun sürətlə tərəqqi edən bölgəsinə çevrilmişdir. Muxtar respublikanın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2009-cu ildə ilk dəfə olaraq bir milyard (974 milyon manat) ABŞ dollarını ötmüşdür. Adambaşına düşən gəlirlər 2005-ci ildəki 602,9 manatdan 3,4 dəfə artaraq bu ilin 10 ayının göstəricilərinə görə 2059,3 manata çatmışdır. Son beş ildə muxtar respublikamızda 30324 yeni iş yeri açılmışdır ki, bunun da 21030-u (69,4 faizi) yeni iş yerləridir. Muxtar respublikanın sosial-iqtisadi yüksəlişi əhali sayının sürətli artımı ilə müşayiət edilməkdədir. 2010-cu il noyabrın 1-nə olan məlumata görə, muxtar respublikanın əhalisinin sayı 408578 nəfər olmuşdur ki, bu da 2005-ci ilin eyni dövrünə görə 26455 nəfər artım deməkdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının son 15 ildə xarici əlaqələri də bütövlükdə ölkəmizin xarici siyasəti kontekstində xeyli inkişaf etmişdir. Bu dövrdə muxtar respublika rəhbərinin qonşu ölkələrə etdiyi səfərlər, habelə nümayəndə heyətlərinin qarşılıqlı çoxsaylı səfərləri qonşu ölkələrlə muxtar respublikamızın səmimi münasibətlərini xeyli möhkəmləndirmişdir.

Son illərdə xarici ölkələrin Bakıdakı səfirlərinin, bir çox beynəlxalq təşkilatların rəhbərlərinin, xarici şirkət nümayəndələrinin Naxçıvana mütəmadi səfərləri muxtar respublikanın strateji əhəmiyyətinin göstəricisinə çevrilmişdir.

2009-cu ilin oktyabrında Türkdilli dövlətlərin IX Zirvə toplantısının Naxçıvanda keçirilməsi muxtar respublikanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə mühüm töhfə olmuşdur. 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunması da çox böyük uğurdur.

Qeyd olunanlar sübut edir ki, ötən illər ərzində ölkəmizdə fundamental islahatlar həyata keçirilmiş və bu prosesdə cəmiyyətin avanqard qüvvəsi kimi YAP öz liderlərinin rəhbərliyi ilə fəal rol oynamışdır. Ümumxalq partiyasına çevrilən YAP qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirir.

YAP 18 il ərzində mühüm siyasi mübarizə və təşkilatlanma yolu keçmiş, Heydər Əliyev dühası sayəsində müxalifət partiyasından iqtidar partiyasına çevrilmiş, müstəqil Azərbaycan dövlətinin məhv olma təhlükəsindən qorunub saxlanmasında, inkişaf etməsində, dünya ölkələri arasında layiqli yer tutmasında böyük tarixi missiyanı yerinə yetirmişdir.

“Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir... Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”-deyən Prezident, partiyanın sədri İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin liderliyində misilsiz xidmətləri olmuş partiyanın ölkəmizin gələcək inkişafı ilə bağlı rolu haqqında söylədiyi aşağıdakı fikirlər Azərbaycan dövlətçiliyi ilə YAP-ın perspektivinin ayrılmaz olduğunu bir daha təsdiqləyir: “Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyev və onun siyasəti ilə bağlıdır”.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB