AZƏRBAYCANIN GİMNAST QIZLARI MOSKVADA QƏNAƏTBƏXŞ ÇIXIŞ ETMİŞLƏR
Azərbaycanın gimnast qızları “Qazprom”un Kuboku uğrunda Moskva Qran-pri yarışlarında qənaətbəxş çıxış etmişlər. Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Neftçi” klubunun nümayəndəsi Anna Qurbanova 84,682 bal toplayaraq, 45 idmançı arasında 19-çu yeri tutmuşdur. Bu, 18 yaşlı idmançının beynəlxalq miqyaslı yarışlarda ilk çıxışı olmasına baxmayaraq, o, Rusiyanın 4 gimnastını qabaqlamışdır. İkinci gimnastımız – builki Bakı çempionu Valeriya Yeqay (“Neftçi” gimnastika məktəbi) turnirin reqlamentinə görə müsabiqədənkənar çıxış edirdi. Valeriya 72,032 balla 32-ci yeri tutmuşdur.
Qeyd edək ki, bu ayın axırına nəzərdə tutulmuş Azərbaycan çempionatı və gələn ayın əvvəlində Ulyanovskda və Riqada keçiriləcək beynəlxalq turnirlər Dünya Kuboku uğrunda yarışların aprelin 23-25-də Bakıda keçiriləcək növbəti mərhələsinə hazırlaşan gimnastlarımız üçün növbəti sınaq olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]