Azərbaycanın iki şahmatçısı “Sarja” kuboku uğrunda turnirin finalında mübarizə aparacaq
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanın iki qadın şahmatçısı “Lichess.org” platforması vasitəsilə keçirilən “Sarja” kuboku uğrunda blits üzrə seçmə yarışda uğurla çıxış edərək finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Gülnar Məmmədova 13 turdan 9,5 xal toplayaraq 20-ci sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Ülviyyə Fətəliyeva isə əlavə göstəricilərə görə 22-ci yeri tutub.
Qeyd edək ki, finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, 10 namizəd şahmatçı da mübarizə aparacaq. Rapid üzrə İsveçrə sistemi ilə keçiriləcək həlledici mərhələ 9 turdan ibarət olacaq. Bu gün şahmatçılar 5, sabah isə 4 oyun keçirəcəklər. Ümumi nəticədə ilk səkkizliyə düşən idmançılar mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]