AZƏRBAYCANIN İNFORMASİYA TEXNOLOGİYALARI ÜZRƏ MÜTƏXƏSSİSLƏRİ DÜNYADAKI HƏMKARLARI İLƏ ƏLAQƏ SAXLAMAQ İMKANI QAZANMIŞLAR
“Cisco” şirkətinin “Cisco Learning Network” şəbəkəsinin yaradılması informasiya texnologiyaları üzrə dünya mütəxəssislərinin təcrübə mübadiləsinə və peşəkar məsələlərin müzakirəsinə imkan verən ilk sosial tədris şəbəkəsidir.
İKT informasiya mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, bütün dünyada mürəkkəb şəbəkələrin idarə edilməsi üzrə təcrübəyə malik olan mütəxəssislərin azlığı müşahidə olunur. Daha böyük çatışmazlıq müasir texnologiyalar (təhlükəsizlik, səsin ötürülməsi, simsiz proqramlar) sahəsində hiss olunur.
“Cisco Learning Network” şəbəkəsi və yeni sertifikatlar yuxarıda qeyd edilən problemlərin aradan qaldırılmasına istiqamətlənir. İnformasiya texnologiyalarının, Azərbaycan da daxil olmaqla, yüksək inkişaf dinamikasına malik ölkələri təmsil edən mütəxəssislər sözügedən şəbəkənin fəaliyyətində iştirak etməklə böyük üstünlüklərə malik olacaqlar.
“Cisco Learning Network” şəbəkəsi haqqında daha ətraflı məlumatı http://www.cisco.com/go/learnnetspace/ səhifəsində əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]