Azərbaycanın iştirakı ilə Çində 130-cu Kanton Sərgisinin açılışı olub
Bakı, 15 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Quançjou şəhərində 130-cu Çin İdxal və İxrac Sərgisinin (Kanton Sərgisi) videokonfrans formatında açılışı olub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Çin, Rusiya, Kot-d'İvuar, Macarıstan və Malayziyanın Baş nazirləri çıxış ediblər. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev iştirak edib. Həm onlayn, həm də ənənəvi formatda keçirilən sərgidə 16 məhsul kateqoriyası üzrə 51 sərgi bölümü, həmçinin Çinin müxtəlif kənd təsərrüfatı məhsullarının nümayiş olunduğu “Kənd Dirçəliş Bölgəsi” yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]