İDMAN
Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət yığmaları birləşdirilib - EKSKLÜZİV
Bakı,12 dekabr, AZƏRTAC
Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət əsas yığmaları birləşdirilib.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, milli komandaya Məmməd Abdullayev rəhbərlik edəcək. Elnur Amanov böyük məşqçi funksiyasını yerinə yetirəcək.
Günay Zeynalova isə komandaya köməkçi məşqçi təyin olunub.
Qeyd edək ki, Məmməd Abdullayev bunadək kişi taekvondoçulardan ibarət millini çalışdırırdı.