Azərbaycanın media nümayəndələri Səudiyyə Ərəbistanının SPA agentliyində olublar
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanın media nümayəndələri Səudiyyə Ərəbistanına səfər çərçivəsində fevralın 2-də Ər-Riyadda Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisində olublar.
AZƏRTAC SPA agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın media nümayəndələri ilə görüşən Səudiyyə Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn agentliyin ölkənin informasiya siyasətindəki rolundan, texniki və peşəkar inkişafından danışıb. O, SPA ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib.
Azərbaycanlı jurnalistlər SPA-da xəbərin hazırlanması və yayılması prosesini izləyib, agentliyin Media Mərkəzi, konfrans zalı ilə tanış olublar.
Söhbət zamanı Azərbaycanın və Səudiyyə Ərəbistanının media qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərinə toxunulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]