Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Daşkənd, 12 oktyabr, АZƏRTAC
Oktyabrın 12-də Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.
İclasda müdafiə nazirləri cari hərbi əməkdaşlıq və qarşıda duran məsələləri müzakirə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd