Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Bakı, 19 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında neft-qaz sektoruna 1271,4 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvarda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8 faiz artıb.
Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 998,2 milyon manat səviyyəsində olub.