Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN NEFT SƏNAYESİ SÜRƏTLƏ İNKİŞAF EDİR

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə müasir Azərbaycan tarixinə “Əsrin müqaviləsi” adı ilə düşmüş neft müqaviləsinin təntənəli imzalanma mərasimindən bizi 14 il ayırır.

Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycan Respublikası həmin müqavilə ilə MDB məkanında Qərbin nüfuzlu neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş oldu.

20 sentyabr tarixinin əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 16-da həmin günün Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd edilməsi ilə bağlı Fərman imzalamışdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan neftçiləri bu əlamətdar günü, eləcə də “Əsrin müqaviləsi”nin imzalanmasının 14-cü ildönümünü yüksək göstəricilərlə qarşılayırlar. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddət ərzində Azərbaycanın neft sənayesi görünməmiş sürətlə inkişaf etmişdir. 1994-cü ildən indiyədək 33 xarici şirkətlə imzalanmış 28 neft-qaz müqaviləsi ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına əsaslı təkan vermişdir. Ötən müddət ərzində bir çox irimiqyaslı layihələr həyata keçirilmiş, neft-qaz hasilatında yüksək göstəricilərə nail olunmuşdur. 2007-ci ildə Azərbaycanda 42 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord nəticə hesab olunur.

Ötən dövr ölkəmizdə həyata keçirilən qlobal enerji layihələrinin reallaşdırılması istiqamətində də mühüm mərhələ olmuşdur. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri dünya iqtisadiyyatının vacib bir hissəsinə çevrilmiş, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır. Vaxtilə BTC-nin uğur qazanacağına inanmayan, onu xəyal və əfsanə hesab edən qüvvələr belə etiraf edirlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yeni neft strategiyası möhkəm elmi əsaslar üzərində qurulmuşdur və yalnız Azərbaycanı deyil, region dövlətlərini də uğurlu inkişaf yoluna çıxarmışdır.

Əhəmiyyətinə görə BTC-dən heç də geri qalmayan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başa çatdırılmış, ən azı 1,2 trilyon kubmetrdən artıq qaz, 300 milyon tondan çox kondensat ehtiyatına malik “Şahdəniz” yatağından hasil edilən qaz nəticəsində Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu il “Şahdəniz” yatağından 8 milyard kubmetr təbii qazın hasil olunması nəzərdə tutulur.

Bu kəmər həm Azərbaycanın, həm də yaxın qonşu və tərəfdaşlarımız olan Türkiyə və Gürcüstanın təbii qaza olan tələbatını tam ödəmək iqtidarındadır. “Şahdəniz” yatağındakı ehtiyatların əhəmiyyətli hissəsi hasil olunaraq Türkiyəyə, oradan isə Yunanıstan və İtaliya vasitəsilə Avropa bazarlarına çıxarılacaqdır.

Azərbaycanın neft-qaz sənayesində qazanılmış bütün bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rolu əvəzsizdir. Ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən neftçilərimiz neft və qaz hasilatı sahəsində ilbəil uğurlu göstəricilərə imza atırlar. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 14 ildə xarici şirkətlərlə aparılan birgə işlər neftçilərimiz üçün yeni texnologiyalara və istehsalat mədəniyyətinə yiyələnmək təcrübəsi baxımından faydalı olmuşdur. Geoloji və geofiziki işlər, qaz və neft yataqlarının ehtiyatlarının dəqiqləşdirilməsində yeni üsullar, mükəmməl maili qazmanın köməyi ilə lay boyu horizontal qazmanın aparılması, neftvermə əmsalının artırılması kimi yeniliklərin həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlər 2008-ci ildə ölkə üzrə 52 milyon tondan çox neft hasilatı planının yerinə yetirilməsinə zəmin yaradacaqdır.

Ölkə iqtisadiyyatının və əhalinin mavi yanacaqla təminatı vəzifəsini öz üzərinə götürmüş ARDNŞ qaz hasilatı sahəsində əldə olunmuş sabitliyi artımla əvəz etmək üçün getdikcə daha böyük əzmkarlıq göstərir.

Şirkətdə qaz hasilatının artırılması məqsədi ilə xüsusi kompleks tədbirlər proqramı hazırlanmışdır. Bu istiqamətdə artıq bir sıra işlər həyata keçirilmiş, o cümlədən onlarla yeni qaz kəməri çəkilərək istismara verilmiş, qaz quyularının qazılması sürətlənmişdir. Görülmüş işlər nəticəsində bu ilin 8 ayında ARDNŞ tərəfindən dövlətə 4,5 milyard kubmetr həcmində qaz təhvil verilmişdir.

Respublikanın hazırkı inkişaf templəri, eləcə də ARDNŞ-in əldə etdiyi nailiyyətlər imkan verir ki, şirkət öz resurslarından istifadə etməklə, yeni strukturları müstəqil işləsin. Hazırda şirkətin kollektivləri dənizdə “Günəşli” yatağının dayazsulu hissəsində, “Neft Daşları”, “Hövsan”, “Qum adası”, “Pirallahı” yataqlarında, quruda isə “Balaxanı”, “Bibiheybət” və “Buzovna” yataqlarında müstəqil işləyirlər. Bundan əlavə, ARDNŞ daxili vəsaitləri hesabına “Ümid”, “Babək”, “Əşrəfi”, “Qarabağ” kimi yataq və strukturlarda kəşfiyyat işləri aparmağı planlaşdırır.

ARDNŞ Azərbaycanın hüdudlarını aşaraq, xarici ölkələrdə müəssisələr, nümayəndəliklər açılması və həmin qurumlar vasitəsilə xaricdə həyata keçirilən irimiqyaslı layihələrdə iştirak etmək istiqamətində də inamla addımlayır və bu gün artıq beynəlxalq səviyyədə səmərəli fəaliyyət göstərir. Hazırda ARDNŞ-in Gürcüstanda, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada, İsveçrədə, İranda, Ukraynada, Avstriyada və Qzaxıstanda nümayəndəlikləri açılmışdır.

Şirkətin istehsal imkanları artdıqca ölkənin sosial-iqtisadi yüksəlişində daha fəal rol oynayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən layihələrdə fəal iştirak edir. Bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün şirkət sosialyönümlü fəaliyyətini daha da artırmışdır. ARDNŞ-in Sosial İnkişaf İdarəsi sosialyönümlü dövlət proqramlarına uyğun olaraq regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə şirkətin maliyyə vəsaiti hesabına yeni məktəblərin, kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin, idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və xiyabanların salınması işini uğurla davam etdirir.

Ölkənin 10-dan artıq bölgəsində ən müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin tikintisi sürətlə davam etdirilir. Lənkəranda, Naxçıvan Muxtar Respublikasında və Şirvandakı mərkəzlər artıq istifadəyə verilmişdir və region əhalisinə uğurla xidmət göstərir.

ARDNŞ Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Qaradağ, Balakən, Zaqatala, Göygöl, eləcə də Bakının bir sıra rayonlarında beynəlxalq tələblərə cavab verən, müasir avadanlıqla təchiz olunmuş onlarla yeni məktəb binası inşa etdirmiş, bir çox köhnə məktəb binalarının təmir olunması istiqamətində mühüm işlər görmüşdür. Ucqar rayonlarda yerləşən məktəb yolları əsaslı şəkildə təmir olunmuşdur.

Göründüyü kimi, öz peşə bayramlarını qeyd edən Azərbaycanın qəhrəman neftçiləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, Vətənimizin iqtisadi qüdrətinin yüksəlişi yolunda sanballı nailiyyətlərə imza atmışlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” mozambikli müdafiəçini transfer edib

MDU-da nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunun daha erkən imzalanmasını müzakirə edir

Bu saata olan əsas xəbərlər

İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

KOBİA sədri: İnnovasiyanın və startap ekosisteminin inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən birinə çevrilib

İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

İcraçı direktor: Ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

AzMİU alimlərinin ixtirası aşağımərtəbəli binaların etibarlılığını artıracaq

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq

Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

Əyyub Quliyev: Azərbaycan musiqiçilərinin çıxışı beynəlxalq festivalda yüksək qiymətləndirilib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır

® “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və Türk dünyasının inteqrasiyası regional rifah üçün geniş perspektivlər açır ŞƏRH