Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatının Zirvə Görüşü

Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatının Zirvə Görüşü

Bakı, 28 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Bu, davamlı və dayanıqlı inkişaf yolunda olan dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Oktyabrın 25-26-da ölkəmiz növbəti mötəbər tədbirə - Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv olduğu səkkiz il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin sentyabrında keçirilən XVII Zirvə Görüşündə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının yekdil rəyi ilə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul olunub. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.

Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təşkilatdır

Qoşulmama Hərəkatı nədir və bu qurum nə məqsədlə yaradılıb? Bu suallara cavab vermək üçün tarixin səhifələrini vərəqləyək.

Qoşulmama Hərəkatının yaradılması müstəmləkə sisteminin süqutu və Afrika, Asiya, Latın Amerikası və digər bölgələrdə soyuq müharibədən əziyyət çəkən xalqların müstəqillik uğrunda mübarizəsi dövrünə təsadüf edir. Koloniya sisteminə qarşı mübarizə bir çox xalqların azadlıq və müstəqillik əldə etməsi və yeni suveren dövlətlərin yaranması ilə nəticələnib. Yaranmasından bu günə qədər Qoşulmama Hərəkatı bütün dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayaraq öz töhfəsini verib. Qoşulmama Hərəkatı qeyri-rəsmi olaraq 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən Afrika-Asiya konfransında təsis edilib. Konfransda müstəmləkə boyunduruğundan azad olan 29 ölkənin dövlət başçıları iştirak ediblər. Konfransda təsisatın bütün xalqların suverenliyinə və ərazi bütövlüyünə hörmət, bərabərlik, başqa ölkənin daxili işlərinə qarışmamaq, münaqişələrin danışıqlar yolu ilə həll olunması, hər hansı bir ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz və güc tətbiqetmə hərəkətlərindən imtina etmək, dövlətlər və xalqlar arasında qarşılıqlı maraqların qorunması, qarşılıqlı əməkdaşlıq prinsipləri müəyyən edilib. Həmin prinsiplər indi də aktuallığını qoruyub saxlayır. Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir.

Qoşulmama Hərəkatı rəsmi olaraq Bandunq Zirvə Görüşündən altı il sonra, 1961-ci ildə Belqrad şəhərində keçirilən II Zirvə Görüşündə təsis edilib. Bu, üzvlərinin sayına görə BMT-nin Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təşkilatdır. Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Bandunq prinsiplərinin 65 illiyi (2020) və təşkilatın yaranmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcək. Bu iki mühüm əhəmiyyətli hadisə Azərbaycana indiyədək əldə edilmiş nailiyyətlərdən bəhrələnmək və qarşılaşdığımız problemlərin üzv dövlətlərin ümumi baxışı və siyasi gücü müstəvisində həllinə əlverişli imkan yaradacaq.

Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğunu deməyə əsas verir.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Dörd əsas yekun sənədin qəbul olunması Bakı Zirvə Görüşünün uğurlu olmasından xəbər verir

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Zirvə Görüşündə 4 yekun sənəd imzalandı. Bunlar Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədidir. İlk üç sənədə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib. Yekunda dörd əsas sənədin qəbul olunması Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün səmərəliliyindən xəbər verir və Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində liderliyini ortaya qoyur.

Bundan başqa, Qoşulmama Hərəkatı tarixində ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Görüşündə 40 gəncin iştirakı ilə Gənclər Sammiti keçirildi. Bu, davamlı İnkişaf üzrə 2030 Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı baxımından çox əhəmiyyətlidir. Yekun Sənəddə deyilir: “Üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində oktyabrın 24-25-də ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gənclər Sammitinin təşkil olunmasını alqışlayır və dayanıqlı tərəqqinin təmin edilməsi sahəsində çağırışlar barədə və onların cavablandırılmasına yönəlmiş birgə səylərə dair üzv dövlətlərin gəncləri arasında fikir mübadiləsinin aparılmasına imkan yaradan Gənclər Şəbəkəsinin yaradılmasını dəstəkləyirlər”.

Bakı Zirvə Görüşü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi

Bakı Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Çünki iştirak etdiyi bütün mötəbər tədbirlərdə olduğu kimi, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bir daha nümayiş etdirdi və işğalçı ölkənin iç üzünü üzv dövlətlərin hökumət başçılarına çatdırdı. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə dövlətimizin başçısı Azərbaycanın 20 faiz torpağının 26 ildən artıqdır Ermənistanın işğalı altında olduğunu bildirərək Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, ikili standartlar siyasətinə son qoyulmasından danışdı. Dövlət başçısı münaqişə ilə bağlı BMT-nin qətnamələrinin kağız üzərində qaldığını vurğuladı: 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır”.

Dövlət başçısının məhz bu qətiyyətli mövqenin nəticəsidir ki, Yekun Sənədə Azərbaycanın təklifi ilə aşağıdakı bəndlər daxil edilib: dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlər üçün o cümlədən onların təhlükəsiz və ləyaqətli geri qayıdışı və insan hüquqlarının təmin edilməsi, qorunması sahəsində davamlı həll yollarının təşviqində üzv dövlətlərin başlıca məsuliyyəti olduğunu təsdiqlədilər. Bundan başqa, dövlət və hökumət başçıları Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş “Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.

Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə üzv dövlətlər münasibətlərini belə ifadə etdilər: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Ev sahibliyi dövlətə təşəkkür Sənədində üzv dövlətlər Azərbaycan xalqı və hökumətinə təşəkkür edərək həmrəyliklərini nümayiş etdirdilər: “Biz, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşü zamanı göstərdikləri yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürümüzü bildiririk.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə başlanmış və mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi “Bakı Prosesi”nin töhfəsini yüksək qiymətləndiririk. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Azərbaycan üçün yeni və məsuliyyətli dövr başlayır

Qoşulmama Hərəkatının Bakı Sammiti başa çatdı, yekun sənədlər imzalandı. Bundan sonra təsisata sədr kimi Azərbaycan üçün yeni və məsuliyyətli dövr başlayır. Çünki Qoşulmama Hərəkatına sədrlik etmək böyük siyasi iradə, məsuliyyət, diplomatik bacarıq tələb edən missiyadır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq. Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək. Bu missiya həm də ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq.

Qoşulmama Hərəkatı Bandunq prinsiplərinə uyğun olaraq dünyada sülhün və təhlükəsizliyin təmin olunması baxımından ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi, eləcə də beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində yaranmış vəziyyətlərin tanınmaması öhdəliyi ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Bu mövqe ölkənin digər amillər arasında, silahlı təcavüz, etnik təmizləmə və qanunsuz xarici hərbi işğala məruz qalma təcrübəsindən qaynaqlanır. Azərbaycan Prezidenti Bakı Zirvə Görüşündəki nitqində xüsusi vurğuladı: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.

Dövlət başçısı digər təsisatlarla dialoqun qurulmasının və əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd etdi: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.”

Prezident İlham Əliyev hər zaman milli maraqlar zəminində dünya siyasətində mühüm rol oynayan beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə nail olur. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.

İnanırıq ki, Azərbaycan Respublikası dövlətimizin başçısının rəhbərliyi altında 2019-2022-ci illərdə bu məsuliyyətli missiyanın da öhdəsindən layiqincə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib