AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİYƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikinti ilə tanış olmaq üçün Tbilisiyə gəlmişdir. Nümayəndə heyətinin tərkibində ARDNŞ-in prezidenti Natiq Əliyev və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord da vardır.
Gürcüstanın Baş naziri Zurab Jvaniya qonaqları qəbul etmiş və neft kəmərinin Gürcüstan sahəsinin tikintisində meydana çıxan məsələlər müzakirə olunmuşdur. Görüşdə Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya, ədliyyə naziri Georgi Panuaşvili, yanacaq və energetika naziri Nikoloz Gilauri və başqaları çıxış etmişlər.
İki saatlıq danışıqlardan sonra tərəflər neft kəməri tikintisinin vaxtında başa çatdırılacağını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]