AZƏRBAYCANIN QAHİRƏDƏKİ SƏFİRLİYİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİ ANILMIŞDIR
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik Qanlı Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir.
Səfir Faiq Bağırov keçirdiyi mətbuat konfransında Misirin və Ərəb dünyasının nüfuzlu kütləvi informasiya vasitələri - “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əl-Diplomasi”, “Əl-Dauli”, “Afaq Əl-Arabiyyə”, “Əl-Həyat”, “Əl-Misir”, “Əl-Yaum” qəzetləri, həmçinin “Əl-Batan Əl-Arabi”, “Sittə Oktober”, “Kəlam Əl-Nəs” jurnalları, Türkiyənin “Zaman” qəzetinin Yaxın Şərqdəki, Misir radiosunun Cənubi Asiya və Yaxın Şərq İdarəsinin nümayəndələrinə XX əsrdə imperiyanın həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar hadisələrinin səbəbləri və ağır nəticələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.
Xalqımızın başına gətirilən müsibətləri, qırğınları faktlarla göstərən xüsusu press-reliz hazırlanmış və Misirin rəsmi dairələrinə, ictimaiyyətin nümayəndələrinə və Qahirədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara göndərilmişdir. Bundan başqa, səfirlikdə ölkəmizin azadlığı uğrunda mübarizə tarixini əks etdirən fotosərgi təşkil olunmuş, Misirdə çalışan, təhsil alan, müvəqqəti və daimi yaşayan həmvətənlərimizin iştirakı ilə anma mərasimi keçirilmiş, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]