Azərbaycanın qeyri-neft ixracı 11,1 faiz artıb
Bakı, 16 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2712,5 mln dollardan çox olub.
AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Təkcə oktyabr ayında isə qeyri-neft məhsullarının ixracı 278,2 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 15,4 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon dollara bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]