Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda azərbaycanlıların saxlanması barədə məlumata münasibət bildirib
Moskva, 13 fevral, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycanın bəzi KİV-lərində Dağıstanın Federal Miqrasiya Xidməti İdarəsi tərəfindən 300-dən artıq azərbaycanlının saxlanması barədə yayılan məlumata münasibət bildirib. Məsələ ilə əlaqədar səfirlik Rusiyanın müvafiq qurumlarına müraciət edib.
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, cari il fevralın 9-da Dağıstanın Federal Miqrasiya Xidmətinin Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin sayı çox olduğundan onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.
Fevralın 13-də “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib və vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan vətəndaşı belə yoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]