Azərbaycanın U-21 millisi bu gün İngiltərə ilə üz-üzə gələcək
Bakı, 15 oktyabr, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
AZƏRTAC xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 9 oyundan sonra Azərbaycan yığması 3 xalla qrupda sonuncu – altıncı pillədə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]