Azərbaycanın üç gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın bədii gimnastları Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite Cup” turnirində finala vəsiqə qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, böyüklər arasında İlona Zeynalova, yeniyetmələrdə isə Azadə Atakişiyeva və Məryəm Baloğlanova həlledici mərhələyə yüksəliblər.
Qeyd edək ki, oktyabrın 4-də start götürən yarışa bu gün yekun vurulacaq.