Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Fransa Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.
Tədbirdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.
İşçi görüş aprelin 28-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]