SİYASƏT
Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti pasport sahibləri vizadan azad olunurlar
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti pasport sahibləri vizadan azad ediləcək.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan Milli Məclisinin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Saziş 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.