SİYASƏT
Azərbaycanın xarici işlər naziri Maltanın paytaxtı Valettaya işgüzar səfərə yola düşüb
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.