Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın xəzinəsi Şamaxı: qədim paytaxtın əfsanələri

Davamı. Əvvəli üçün bax: 

Bakı, 1 aprel, AZƏRTAC

Şamaxı Azərbaycanın qədim şəhəridir. Bəzi məlumatlara görə, azı 3 min il yaşı olan Şamaxıda turizmin inkişafı üçün hər şey var: mülayim iqlim, mənzərəli təbiət, nadir landşaftlar, heyrətamiz gözəlliyə malik çoxlu tarixi və memarlıq abidələri. Yaşıl parkları, rahat kafe və restoranları, dəbdəbəli otel və istirahət bazalarını da bunlara əlavə etsək, aydın olar ki, Şamaxı haqlı olaraq Azərbaycanın turizm mərkəzlərindən biri sayılır və dünyanın hər yerindən çoxlu sayda turisti özünə cəlb edir.

Lakin çox az adam bilir ki, bu vəhşi təbiətdə zolaqlı goreşənlər dolaşır, restoranlardan birində Azərbaycanın ən yaşlı ofisiantı xidmət göstərir, Şamaxı rəsədxanasında dünyanın ən yaxşı Karl Tseyss linzasına malik teleskop quraşdırılıb, 3 kəndin əhalisi isə əsasən rus molokanlarından ibarətdir. Şamaxıda biz məşhur yazıçı Aleksandr Dümanın şamaxılı mesenat Mahmud ağaya bağışladığı zəngli divar saatını qoruyub saxlayan ailəni də axtarıb tapdıq.

290 xörəkdən seçim və Şamaxı molokanları

Şamaxılılar təbiətən qonaqpərvər və şən adamlardır. Burada geniş yayılmış bir zarafat var: şamaxılının qəfil qonaqları gələndə ev sahibi həmişə soruşur: çay istəyirsinizmi? Sonra isə, qonaqların cavabından asılı olmayaraq, süfrəyə çay və şirniyyat gətirilir. Bu, “Şamaxısayağı təklif” adlanır! Lakin şamaxılının evi təkcə çayı ilə məşhur deyil... Azərbaycan mətbəxi Şərqdə ən maraqlı və bənzərsiz mətbəxlərdən biridir, nəfis dada və müxtəlifliyə malikdir. Bu mətbəxin xörəkləri ölkənin regionlarından asılı olaraq fərqlənə bilir. Elə Şamaxı rayonunda da milli xörəklərin hazırlanmasında üstünlük verilən cəhətlər və xüsusiyyətlər var.

Zəngin Şamaxı kulinariyasında plovun 46, dolmanın 14, kababın 16, qutabın 12 növü məlumdur. Şamaxı mətbəxinin zənginliyini nümayiş etdirmək üçün tarixdən bir faktı xatırlamaq kifayətdir. 1562-ci ildə məşhur ingilis səyyahı və taciri Antoni Cenkinson Şirvan hökmdarı Abdulla Xan Ustaclıya qonaq olarkən milli mətbəxin müxtəlifliyinə heyran qalmışdı. Xan onu nahara dəvət edib və süfrəyə 290 adda milli isti və soyuq yemək, salat, qəlyanaltı və çərəz düzülüb.

Bu gün Şamaxıda ən geniş yayılan milli xörəklər bunlardır: şüyüdlü plov (qurudulmuş şüyüd, lobya və yağlı quzu ətindən ibarət plov); parça-bozbaş (tikə ətlərdən ibarət sulu yemək); yarpaq dolması (burada yarpaqlar xüsusilə balaca bükülür); səbzi (mövsümi xörək - göyərti ilə bir yerdə qızardılmış ət); müxtəlif növ kabablar. Desert üçün sizə keşniş toxumları qatılmış limon şərbəti və boşqabda sucuq veriləcək. Sonuncu yemək buğda nişastasına şəkər, qoz və meşə fındığı əlavə edilməklə hazırlanır.

Şamaxıda, xüsusilə yol kənarında çoxsaylı kafe və restoranlar var. Orada sizə yerli mətbəxin müxtəlifliyini dadmağı təklif edəcəklər. Bunlardan biri “Bənövşə” restoranıdır. Əlli ildən artıqdır fəaliyyət göstərən bu restoran hələ sovet dövründən məşhurdur. Turistlər, məşhur adamlar və partiya elitasından olanlar bura tez-tez gələrdilər. Vaqif Orucov artıq 40 ildən çoxdur ki, bu restoranda işləyir. Onu ofisiantlar sırasında veteran, bəlkə də Azərbaycanın ən qocaman ofisiantı (ümumi stajı 46 ildən çoxdur!) adlandırmaq olar. Bu gün 68 yaşlı şamaxılı ofisiant öz peşəsinin sirlərini gənc nəslin nümayəndələri ilə bölüşür.

Azərbaycanlılar hər zaman qonaqpərvərliyi və xeyirxahlığı ilə ad çıxarıblar. Əbəs yerə deyil ki, Azərbaycan bu gün dünyanın ən tolerant ölkələrinin beşliyinə daxildir. Tarixdə başqa ölkələrdən mühacirlərin Azərbaycanı özlərinə ikinci Vətən hesab etməsinə dair çoxlu misallar var. Şəmkir və Göygölün alman kolonistlərini, Qubada Qırmızı qəsəbə yəhudilərini, İsmayıllı, Şamaxı və Gədəbəyin rus molokanlarını misal çəkmək kifayət edər.

Molokanlar Şamaxıya ilk dəfə 1814-cü ildə Rusiyanın Tambov, Rostov, Voronej, Həştərxan vilayətlərindən köçürülüblər. Onlar burada üç kənddə - Çuxuryurd, Nağaraxana və Qızmeydanda (Astraxanovka) məskunlaşıblar. Molokanların çoxu Çuxuryurdda yaşayıb və indiyədək orada yaşayırlar.

Çuxuryurd kəndi Şamaxının mərkəzindən 10 kilometr məsafədə saf sulu gölün ən gözəl dağlıq ərazisində yerləşir. Nə vaxtsa burada ancaq molokanlar yaşayıblar. Məsələn, 1985-ci ildə kənddə 450 molokan həyəti olub. Bu, 2 mindən çox sakin deməkdir. İndi burada çox şey dəyişib, lakin təkrarolunmaz memarlıq koloriti, qədim ənənələr və unikal təbiət dəyişməyib.

Köçürülən adamlar Azərbaycana öz ənənələrini - nəğmələrini, əl işlərini və kulinariyasını gətiriblər. Bəlkə də məhz həmin ənənələri şamaxılıların, o cümlədən çuxuryurdlu molokanların “vizit vərəqi” hesab etmək olar. Məsələn, nazik yayılmış, kibrit çöpü qalınlığında kəsilmiş, uzunluğu 60-70 santimetr olan “molokan əriştəsi”nin hazırlanması indi də bu yerlərin kulinariya xüsusiyyətidir. Molokan ailəsində həm bayram, həm də matəm günlərində süfrəyə nazik əriştə verilir.

Hazırda Çuxuryurdda 56 nəfər molokan yaşayır, qalanları keçən əsrin 90-cı illərində buradan köçüblər. Çuxuryurdun yerli sakini Olqa İvanovna Yurina da vaxtilə Rusiyaya köçüb, lakin 8 ildən sonra Vətənə qayıdıb. Doğma Çuxuryurd onu yenidən buraya cəlb edib. Olqa İvanovna bu doğma adamların əhatəsində özünü çox xoşbəxt hesab edir. Çuxuryurdun digər sakini - Svixnuşina Nina İvanovna buradan heç vaxt getməyib və doğma kəndini tərk etmək fikrində deyil. Onun gözəl, səliqəli həyəti, kiçik təsərrüfatı, işi var. Qızı Anastasiya Rusiyada Velikiy Novqorodda təhsil alır, lakin tətil vaxtlarında müntəzəm olaraq doğma kəndə gəlir. Maraqlı təzaddır - Çuxuryurdda doğulmuş, burada böyümüş, gözəl mavi gözləri və xurmayı saçları olan Anastasiya həm rusca, həm də Azərbaycan dilində mükəmməl danışır.

Yüz nağara, goreşənlər və eksklüziv teleskop

Şamaxıda molokanların məskunlaşdığı məşhur yerlərdən biri də Çuxuryurdun qonşuluğunda, şəhərdən təxminən 15 kilometr məsafədə yerləşən Nağaraxana kəndidir. Kənd müxtəlif vaxtlarda Kirovka, Maryevka adlanıb. Bu gün burada rus millətindən olan cəmi 30-35 nəfər qalıb.

Nağaraxana kəndi ilə bağlı faciəvi sonluqla bitən rəvayət var, hərçənd, bunun molokanlarla heç bir bağlılığı yoxdur. Deyilənə görə, qədim zamanlarda bura hindistanlı tacirlər alver etməyə gəlirmişlər. Bir dəfə hənin tacirlərdən biri qürbətdə xəstələnib ölür. İnduizm qanunlarına görə, mərhumu arvadları ilə, yaxud özünü qurban verməyə razı olan qadınlarla birgə yandırmaq lazımdır ki, onlar o dünyada mərhumun qeydinə qalsınlar. Mərhumun həmvətənləri müvafiq namizəd tapmaq üçün əldən-ayaqdan düşür və nəhayət, ağıldankəm bir qadın tapırlar. Kremasiya günü qadını tonqala bağlayırlar, bədbəxt qadının aramsız çığırtısının eşidilməməsi üçün əllərində milli təbil - nağara olan yüz kişi ərazini dövrəyə alır. Yüz nağaranın gurultusu ətraf dağlarda uzun müddət əks-səda doğurur. Beləliklə, kəndə Nağaraxana, yəni nağaraçılar məkanı adı verilir.

Əzəldən bəri Şamaxının ən məşhur görməli yerlərindən biri 1400 metr yüksəklikdə yerləşən mənzərəli Pirquludur. Qışda bu yerlər xizək gəzintisi həvəskarlarını, yayda isə təbiətin qoynunda istirahəti xoşlayanları cəlb edir. Burada özünəməxsus nəbatat aləmi, vələs, palıd, fıstıq meşələri və qaraçöhrə meşəliyi ilə keçmiş zamanlardan məşhur olan Pirqulu qoruğu yerləşir. Qoruqda həmçinin qonur ayı və ... heç ağlınıza gəlməz... zolaqlı goreşənə rast gəlmək olar. Bəli, Afrikada şir və hepardlarla qonşuluq edən bu goreşən Azərbaycanda da məskunlaşıb. Özü də bu, Afrika qitəsinin hüdudlarından kənarda rast gəlinən nadir goreşənlərdəndir. Təəssüf ki, zolaqlı goreşən hazırda Qafqazda nəsli tam kəsilməkdə olan və adı Qırmızı Kitaba salınmış növlərdəndir. Qeyd edək ki, 2008-ci ildə Pirqulu qoruğu Şahdağ Milli Parkının tərkibinə daxil edilib. Şamaxı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şabran rayonlarını əhatə edən bu park hazırda ölkənin ən böyük Milli Parkıdır.

Atmosferdə çirklənmə dərəcəsinin aşağı olması və il ərzində aydın günlərin sayının çox olması 1960-cı ildə Pirquluda keçmiş SSRİ-nin ən əhəmiyyətli rəsədxanalarından birinin - Şamaxı Astrofizika Rəsədxanasının açılmasının əsas səbəbi olub. Rəsədxana müasir avadanlıqla, altı teleskopla (2-si Günəşi, 4-ü ulduzları və digər göy cisimlərini müşahidə etmək üçün) təchiz edilib. Keçmiş SSRİ ərazisində ən iri teleskoplardan biri onların arasındadır. Onun güzgüsünün diametri 2 metrdir. Bu, İslam aləmi ölkələrində quraşdırılan ən böyük teleskopdur. Rəsədxananın əməkdaşları bildirirlər ki, bu nəhəng linzanın və qalan bütün avadanlığın daşınmasına bütöv qatar lazım gəlib. Axı teleskopun ümumi çəkisi 85 tondur! Teleskopun üzərində quraşdırılmış günbəzin çəkisi isə 200 tondur! Teleskop üçün linza Karl Tseyss şirkəti tərəfindən hazırlanıb. Bu şirkət cəmi 4 belə linza istehsal edib. Onlardan biri Şamaxıda, qalanları Almaniya, Çexiya və Bolqarıstanda quraşdırılıb. Özü də mütəxəssislər etiraf edirlər ki, Şamaxı linzası texniki xarakteristikalarına görə ən yaxşısıdır, çünki belə diametrli linza daimi maldır və hava şırnağı ilə cilalanmasına görə çox fərqli ola bilər.

1981-ci ildə rəsədxanaya Azərbaycan riyaziyyatçısı, fiziki və astronomu Məhəmməd Nəsirəddin Tusinin adı verilib. Tanınmış Azərbaycan alimi Yusif Məmmədəliyev rəsədxananın yaradılmasında böyük rol oynayıb. Rəsədxananın nəzdində əməkdaşlar üçün yaradılan qəsəbəyə alimin adı verilib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2008-ci ilin sentyabrından Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir-tikinti və elmi-texniki avadanlığın modernləşdirilməsi işləri başlanıb. Yenidənqurma işləri 2013-cü ildə başa çatıb.

Rəsədxana nəzdində muzey fəaliyyət göstərir. Yeri gəlmişkən, deyilənə görə, aydın gecələrdə rəsədxananın üzərindəki səmada məşhur Kəhkəşan adi gözlə görünür.

Mesenat Mahmud ağa və Parisdən gələn hədiyyə

Bəlli həqiqətdir ki, Şamaxı istedadlar ocağıdır. Azərbaycanın böyük mədəniyyət və elm xadimlərinin bütöv bir pleyadası əslən Şamaxıdandır. Özü də təkcə klassiklər deyil. Müasirimiz, Azərbaycanın ən tanınmış muğam ifaçılarından biri Alim Qasımovun (yeri gəlmişkən, o da şamaxılıdır) vaxtilə nağaraçalanı olmuş Antik Seyidov nadir musiqi aləti yaradıb. O, buna 15 ildən çox vaxt sərf edib. İxtiraçının şərəfinə “Antik” adlandırılan və dünyada analoqu olmayan bu musiqi aləti üçkomponentli baraban qurğusundan ibarətdir. Burada nəinki ritmlər, həm də melodiya ifa etmək mümkündür. Onun birinci komponenti tonallığına görə üç oktavaya bölünən 36 xırda barabandan, yəni nağaradan ibarətdir. Bir oktavalı digər iki komponent akkompanement üçün nəzərdə tutulub. Antik Seyidov royal, skripka, qarmon və zurna kimi ənənəvi musiqi alətlərinin müşayiəti ilə bu alətdə özünün bir neçə əsərini lentə alıb. Vokal partiyaları onun qızı ifa edib. “Youtube” saytındakı axtarış xəttində “Ehli Quran” sözlərini yazmaqla, onları dinləmək olar. Bu unikal ansamblın canlı çıxışını isə Antik Seyidovun müəllim işlədiyi Şamaxı Uşaq Yaradıcılığı Mərkəzinin iclas salonunda dinləyə bilərsiniz.

Şamaxıda sənətə hamilik etmək ənənəsinin əsasını məşhur mülkədar, mesenat Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə (1826-1896) qoyub. Onun XIX əsrin ikinci yarısında yaratdığı musiqili poeziya məclisləri Şirvan zonası xanəndələrinin sənətinin inkişafında mühüm rol oynayıb. Bu məclislər çox vaxt Mahmud ağa məclisləri adlandırılırdı. Mahmud ağa məclislərinin əks-sədası təkcə bütün Qafqaza deyil, həm də onun hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Təəccüblü deyil ki, XIX əsrin ikinci yarısında Şamaxıya gələn səyyahların çoxu Mahmud ağanın evində qalırdı. Onların arasında rus rəssamı knyaz Qriqori Qaqarinin və Fransa yazıçısı Aleksandr Dümanın adlarını çəkmək olar.

1858-ci ilin noyabrında Mahmud ağanın qonağı olmuş Düma onun malikanəsinə, xüsusən musiqi məclisinə valeh olmuşdu. Duma öz təəssüratlarını belə təsvir etmişdi: “Bazarda gəzişdiyimiz zaman dəvət aldıq: varlı şamaxılı azərbaycanlı Mahmud bəy bizi şam yeməyinə və rəqqasə (çəngi) məclisinə dəvət etdi. Biz Mahmud bəyin evinə gəldik. Onun evi Azərbaycanda mənim Dərbənddən Tiflisə qədər gördüyüm ən gözəl binalardan biri idi. Biz Şərq üslubunda döşənmiş salona daxil olduq. Salonun sadə, amma zəngin bəzəklərini kağızda təsvir etmək mümkün deyil. Qonaqların hamısı tül üzlüklü, güləbətinli atlas mütəkkələrin üstündə bardaş qurub oturmuşdu. Bu da ətrafdakı əlvanlığa gözəllik və zəriflik bəxş edirdi. Salonun uzaq küncündə, aynabənd boyunca beş rəqqasə və beş musiqiçi əyləşmişdi”.

A.Düma Mahmud ağanın evinə əliboş gəlməmişdi. O, ev sahibinə Fransadan gətirdiyi böyük zəngli divar saatı bağışlamışdı. Maraqlıdır ki, bir şamaxılı ailə bu saatı indiyədək qoruyub saxlayır. Xoşsima, yaşlı qadın Süsən Paşayeva deyir ki, bu saat ona qayınanasından, qayınanasına isə ərindən qalıb. Saatı onlara Mahmud ağa hədiyyə edib. Hər halda Fransa istehsalı olan “Le Roy a Paris” firmasının (XIX əsrin sonlarında ən məşhur divar saatı brendi) bu saatı son vaxtlara qədər işlək vəziyyətdə idi və melodiyalı zəngi ilə vaxtı göstərirdi, bircə ququ quşu çatışmırdı. Amma on il əvvəl saat geri qalmağa başladı. Saatın sahibləri saatsaza müraciət etməli oldular. Düzdür, saatsaz saatın nasazlığının səbəbini tapdı, amma zəruri detal olmadığı üçün bu nasazlığı aradan qaldıra bilmədi. Ev sahibləri detalın axtarışını davam etdirmədilər. Odur ki, hazırda bu saat qəlb və gözoxşayan əntiq əşya kimi divardan asılı qalıb.

Sözardı yerinə

Şamaxıda səyyahları və istirahət edənləri görməyə həmişə şaddırlar. Burada qonaqpərvərlik infrastrukturu yaxşı inkişaf edib: 5 ulduzlu dəbdəbəli otellərdən tutmuş kiçik və rahat qonaq korpuslarına və kotteclərədək xeyli mehmanxana tikilib, çoxsaylı istirahət zonaları, kafe və restoranlar fəaliyyət göstərir. Qonaqları abad parklar, idman kompleksləri, muzeylər, mədəniyyət evləri və yaradıcılıq mərkəzləri gözləyir. Əlqərəz, Şamaxı həqiqətən turistləri cəlb edən mərkəzdir. Sözün düzü, onlarla görüşməyə də 100 faiz hazırdır!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az

Layihə haqqında

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahları gözləyən heyrətamiz tapıntılarla tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi layihəsi çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin bitib-tükənməz potensialı ilə tanış etməkdir. Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə isə hazırlıq işləri görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO