Azərbaycanın yeni səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanın İraqa yeni təyin olunan səfiri Nəsir Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Cəmal Rəşidə təqdim edib.
AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdırıb. Prezident Əbdüllətif Cəmal Rəşid təşəkkürünü bildirib və onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi-ticari, siyasi və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.