Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Zəfər tarixinin 15 oktyabr zirvəsi

Azərbaycanın Zəfər tarixinin 15 oktyabr zirvəsi

Bakı, 15 oktyabr, AZƏRTAC

15 oktyabr tarixi Azərbaycanın şanlı zəfər tarixinə qızıl hərflərlə yazılan və xalqımızın yaddaşında əbədi yaşayacaq bir tarixdir. Düz bir il əvvəl – 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Bu böyük tarixi hadisəyə şahidlik edən Azərbaycan xalqı ürəkdən sevinir. Xalqımız bu böyük tarixi qələbəyə nail olmaq üçün 30 ildən çox gözləyib. Bu səbrin əsasında xalqımızın öz Liderinə olan böyük inamı və etibarı dayanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarovun “Azərbaycanın Zəfər tarixinin 15 oktyabr zirvəsi” adlı məqaləsində yer alıb.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının etimadını qazanan İlham Əliyev dövlət başçısı kimi öz vəzifəsinin icrasına başlayanda qarşısında dayanan bir nömrəli vəzifə kimi Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə qaldırmaq olduğunu bəyan etmişdi. Ötən zaman ərzində bu müqəddəs məqsədə nail olmaq üçün böyük əzmlə çalışan dövlətimizin başçısı yürütdüyü müdrik siyasət nəticəsində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, ölkənin iqtisadi inkişafını təmin etdi, ordunu gücləndirdi, hərbi sənayeni yaratdı və inkişaf etdirdi. Elə bir güclü ordu yaratdı ki, o, istənilən şəraitdə istənilən vəzifəni şərəflə yerinə yetirməyi və qalibiyyətlə yekunlaşdırmağı bacardı, Vətən müharibəsində cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edir. Məhz bu uzaqgörən siyasətin və yorulmaz fəaliyyətin nəticəsidir ki, Prezident İlham Əliyev xalqımız qarşısında ən böyük tarixi missiyanı yerinə yetirdi, işğal altındakı torpaqlarımızı azad etdi və ölkənin suverenliyini bərpa etdi, bu müqəddəs anları Azərbaycan xalqına yaşatdı.

Azərbaycanın son 200 illik tarixinə nəzər salsaq görərik ki, böyük hərbi, siyasi, diplomatik, iqtisadi, mədəni nailiyyətlərimizin siyahısı çox da geniş deyil. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi, bərpası və qorunub saxlanması kimi tarixi hadisələrə bərabər sayılacaq günlər əsasən müasir dövrümüzə təsadüf edir.

Yüzillik müstəmləkə əsarətindən sonra 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız istiqlalına qovuşdu. 23 ay davam edən müstəqillik dövründə Cümhuriyyət ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində böyük işlər gördü. Lakin bu müstəqillik uzun çəkmədi. 1920-ci il aprelin 28-də Azərbaycanın sovetləşdirilməsindən sonrakı dövrdə xalqımızın iradəsinin əksinə olaraq torpaqlarımızın sistemli və mərhələli şəkildə Ermənistana verilməsi prosesi başladı. 1918-ci ildə tarixi Azərbaycan torpağı olan İrəvan bölgəsində yaradılan Ermənistan sovet hakimiyyəti illərində məhz bizim torpaqlarımız hesabına öz ərazisinin sahəsini 9 min kvadratkilometrdən 29 min 743 kvadratkilometrə qədər genişləndirməyə nail oldu. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəlməsindən sonrakı illərdə ərazilərimizdən Ermənistana bir qarış da olsa torpaq verilmədi. 1987-ci ildə Ulu Öndərin vəzifədən kənarlaşdırılmasından iki həftə keçməmiş erməni millətçiləri yenidən Azərbaycana qarşı ərazi iddialarını dilə gətirməyə başladılar. Azərbaycanın Heydər Əliyevsiz qaldığı 6 il - 1987-1993-cü illər bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qalıb. Həm sovet, həm də müstəqillik dövrlərində bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq öz şəxsi maraqlarını qorumağa çalışdılar, nəticədə torpaqlarımız işğal altına düşdü, xalqımız böyük bəlalarla üzləşdi.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmaqla çox böyük tarixi missiyanı yerinə yetirdi, Azərbaycanı düşdüyü dərin hərbi-siyasi böhrandan çıxardı və onun müstəqil dövlət kimi yaşamasını təmin etdi.

Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsi, beynəlxalq münasibətlər sisteminin subyekti kimi möhkəmlənməsi, diplomatik müstəvidə milli maraqlarımızın qorunması istiqamətində çox mühüm addımlar məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik və peşəkar siyasəti nəticəsində mümkün oldu.

Azərbaycanda müstəqilliyin bərpa edilməsindən sonra ölkəmizin siyasi və təhlükəsizlik maraqlarının qorunmasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs özünü tamamilə doğrultdu və cəmiyyətdə çox geniş dəstək qazandı.

Müasir dövrümüzdə qazanılan bütün uğurlar dərin siyasi-diplomatik təmələ əsaslanır. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi dərin hərbi-siyasi, sosial böhrandan çıxması asan başa gəlməyib. Dövlətçiliyin möhkəmləndirilməsi işi Qarabağ və ətraf rayonların işğalı şəraitində, mürəkkəb və ziddiyyətli beynəlxalq hərbi-siyasi vəziyyətə paralel aparılıb.

Azərbaycan xalqı Qarabağda bir neçə dəfə böyük itkilərlə müşayiət olunan müharibələrə cəlb olunub. Bu müharibələrdə məqsəd Qarabağın Azərbaycandan qoparılması, əhalidə məğlubiyyət sindromunun formalaşdırılması, xalqın güclü dövlət yaratmaq inamının sarsıdılması olub.

Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük irimiqyaslı hərbi əməliyyatlar ölkəmizin çox böyük hərbi-siyasi uğurlar qazanması ilə nəticələndi. Bu tarixi Qələbə nəinki xalqımızın taleyində, eyni zamanda, regionda və beynəlxalq münasibətlərdə bir çox parametrlər üzrə yeni bir dövrün başlanğıcıdır, əvvəlki dövrlərlə müqayisə olunmayacaq nəhəng nailiyyətdir.

Noyabrın 10-da ölkəmizin Zəfər tarixi yaradıldı. Həmin tarix hərbi, ictimai, siyasi, diplomatik və sosial-psixoloji istiqamətlər üzrə ölkəmizə ardıcıl uğurlar qazandırdı. Silahlı Qüvvələrimizin qüdrəti, hərbi qulluqçularımızın cəsarəti, peşəkarlığı, igidliyi çağdaş hərb tariximizdə yeni qəhrəmanlıq səhifəsini yazdı. Xüsusilə də Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində ölkənin bütün siyasi qüvvələri, vətəndaş cəmiyyəti, media orqanları könüllü səfərbərlik və həmrəylik nümayiş etdirdilər, Prezidentin hərbi-siyasi iradəsinə açıq dəstək verildi. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması prosesində, informasiya siyasətinin uğurla aparılmasında yekdil mövqe sərgiləndi. Qarabağın gələcək siyasi taleyi ilə bağlı beynəlxalq ictimaiyyətin illərlə formalaşdırdığı status-kvo 44 gün ərzində dəyişdi. Qarabağda heç bir siyasi-hüquqi statusun olmayacağı ən yüksək kürsüdən qətiyyətlə bəyan olundu. Erməni xalqının Azərbaycan ərazisində yenidən “öz müqəddəratını təyin etməsi” iddiasına qəti şəkildə imkan verilməyəcəyi aydınlaşdı.

İyirmi səkkiz ildən sonra Azərbaycan-İran sərhədi və Azərbaycan-Ermənistan sərhədi istisnasız olaraq dövlət nəzarətinə götürüldü. Ölkənin regionda imici yüksəldi, ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli nəticələr əldə edildi, yeni regional təhlükəsizlik və əməkdaşlıq sisteminin əsası qoyuldu. İllərlə davam edən “məğlub xalq” psixologiyası qısa müddətdə dağıldı. Bir milyona yaxın məcburi köçkün statusunda olan vətəndaşımız yenidən əvvəlki statusunu qazandı.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin qeyd-şərtsiz bərpası, Qarabağ məsələsinin köklü şəkildə həll olunacağı istiqamətində qərarlılığımızı bütün dünyaya göstərdi.

Ötən il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində bu qərarlılığı bütün dünyaya isbat edə bildik. Bu əməliyyat nəticəsində Azərbaycanda separatizmin son yuvası dağıdıldı. Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda və Xankəndidə üçrəngli Bayrağımız dalğalanmağa başladı. Xüsusilə də 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması ilə ölkəmizin Zəfər tarixinin ən yüksək nöqtəsi qoyuldu. Bununla da 1923-cü ildə Azərbaycan xalqının iradəsinin əksinə olaraq torpaqlarımızda yaradılan və heç bir tarixi, coğrafi, siyasi əsası olmayan erməni separatizminin yuvası dağıdıldı, kökü kəsildi.

Ötən il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyevin Xankəndinin mərkəzində Dövlət Bayrağımızı ucaldarkən dediyi kimi, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib. Dövlətimizin başçısının vurğuladığı kim, bu Qələbənin əsas memarları Vətən uğrunda canından keçən şəhidlər, qazilərdir və bütövlükdə xalqımızdır. Şəhid və qazi ailələri cəmiyyətin ən dəyərli, həssas sosial qrupları kimi dövlətin hərtərəfli dəstəyi və himayəsi ilə əhatə olunub.

Hazırda Azərbaycan hərbi qələbələrini beynəlxalq ictimai rəydə siyasi-diplomatik gedişləri ilə möhkəmləndirmək istiqamətində mürəkkəb mərhələni də uğurla addımlayır. Dövlətin siyasi gücünün artması və beynəlxalq imicinin yüksəlməsi fonunda işğaldan azad edilən yaşayış məskənlərinin bərpası prosesi çox sürətlə gedir. Torpaqlarımızın işğaldan azad edilməsindən keçən bu qısa müddət ərzində Şərqi Zəngəzur, Qarabağ, o cümlədən Xankəndi, Xocalı və digər rayon və şəhərlər yenidən qurulur, bu yerlərə yeni həyat gəlir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması prosesi uğurla gedir.

Böyük tarixi zəfərlərə, tarixi anlara, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq işlərinə və azad olunan ərazilərimizə Böyük Qayıdışa şahidlik etmək hər bir azərbaycanlı üçün qürurvericidir.

Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan bütün ərazilərimiz qısa müddətdə tam bərpa olunub cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan üçrəngli Bayrağımız əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır