Azərbaycanla bağlı həqiqətlərin Tacikistanda geniş təbliği məsələləri müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkə hökumətinin nəzdindəki “Xovar” milli xəbər agentliyinin direktoru Saidali Siddik ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında və ölkəmizin inkişafında misilsiz xidmətləri diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyev ilə Prezident Emoməli Rəhmon arasında mövcud dostluq münasibətlərinin Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında mühüm rolu qeyd olunub.
Söhbət zamanı siyasi, iqtisadi və humanitar sahələrə dair məsələlərin hər iki ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılmasının, KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. S.Siddik bu baxımdan “Xovar” agentliyi ilə AZƏRTAC və “Trend” agentlikləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Görüşdə, həmçinin ölkəmizlə bağlı həqiqətlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Düşənbədə keçiriləcək tədbirlərin bu ölkə ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə “Xovar” agentliyi və radiosu tərəfindən geniş işıqlandırılması məsələləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]