Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Baltikyanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələri yeni mərhələyə yüksəlib

Azərbaycanla Baltikyanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələri yeni mərhələyə yüksəlib

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan dövləti xarici ölkələrlə əməkdaşlığın genişlənməsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi yönündə ardıcıl addımlar atır. Ayrı-ayrı ölkələrlə dostluq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin ildən-ilə daha çox dövləti əhatə etməsi Azərbaycanın xarici siyasətinin prioritetləridir.

Bu fikirlər Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudovun Azərbaycanla Baltikyanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən məqaləsində öz əksini tapıb. AZƏRTAC məqaləni təqdim edir.

Postsovet respublikaları ilə tarixi əlaqələrin qorunub saxlanması və müstəqil dövlətçilik şəraitində daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli-bərabərhüquqlu əlaqələr yüksək səviyyədə davam etdirilir.

Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin bir müddət bundan əvvəl Baltikyanı ölkələrə səfəri çərçivəsində keçirilmiş görüşlər, aparılmış danışıqlar ölkəmiz üçün mühüm əhəmiyyət daşımaqla bərabər, olduqca səmərəli keçdi. Litva Respublikasına son səfər də siyasi-diplomatik önəminə görə hər iki ölkədə yüksək qiymətləndirildi.

Hər iki ölkənin səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə xalqlarımız arasında dostluq münasibətlərinin məmnunluq doğurduğu diqqətə çatdırılıb. Ölkələr arasında iqtisadi, siyasi, səhiyyə, təhsil, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin Cənubi Qafqazda yaratdığı gerçəkliyin beynəlxalq gərginliyin zəiflədilməsinə, dünyada sülh və əməkdaşlıq mühitinin sağlamlaşdırılmasına ciddi töhfə olduğu qeyd edilib. Ermənistanın özünü məhkum etdiyi məğlubiyyətlə barışmasının, regionda sülh və sabitliyin bərqərar olması üçün götürdüyü öhdəlikləri icra etməsinin zəruriliyi vurğulanıb.

Aparılan danışıqlar zamanı Azərbaycan parlamenti rəhbərinin getdikcə çiçəklənən, tərəqqi edən Azərbaycanın inkişaf yolu barədə verdiyi məlumatları dost Litvanın rəhbər şəxsləri böyük maraqla qarşılayıblar. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, respublikamız ötən illərdə beynəlxalq birliyin maraqlarına və mənafeyinə uyğun bir sıra irimiqyaslı layihələrə imza atıb. Şübhəsiz, bu transmilli layihələrin uğurla gerçəkləşdirilməsi beynəlxalq əməkdaşlığın önəmli yönlərində tərəfdaşlara layiqli dividentlər qazandırır. Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı ölkəmizin səyləri bu istiqamətdə tarixi bir addıma hesablanıb. Bu dəhliz Qafqaz, Xəzər və Qara dəniz ətrafı ölkələrlə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin logistika siyasətində yeni perspektivlər vəd edir. Bu dəhliz vasitəsilə yaradılacaq əlaqələr bir sıra vacib sahələrdə əməkdaşlığın daha da yüksəldilməsinə mühüm təsir göstərəcək.

Yeri gəlmişkən qeyd edək ki, Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. Səfər zamanı dost ölkənin bu ədalətli mövqeyi və xeyirxah münasibəti bir daha qabarıq şəkildə təzahür edib.

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin təşkil olunmasının böyük əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya bir rəsmi, iki işgüzar səfəri, həmçinin Litva Respublikası Prezidentinin Azərbaycana iki rəsmi və üç işgüzar səfəri tarixi əsaslar üzərində ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmağa xidmət edib. Hər iki ölkə arasında əməkdaşlıq artıq bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, eləcə də humanitar əlaqələrin uğurla davam etdirilməsi səmərəli xarakteri və faydalı nəticələri ilə qarşılıqlı surətdə məmnunluq doğurur. Azərbaycan və Litva arasında, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Respublikamızda müxtəlif millətlərin nümayəndələrinin mehriban şəraitində yaşaması, tolerantlığın Azərbaycan nümunəsi Litvada da diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

Latviya ilə də siyasi-diplomatik münasibətlər uğurla davam etdirilir. Qarşılıqlı səfərlər, səmərəli görüşlər ortaq maraqların təmin edilməsinə xidmət göstərir. Qurulmuş səmərəli əlaqələrin nəticəsidir ki, Qarabağ savaşı zamanı Ermənistanın Gəncəyə raket hücumlarının acı nəticələri, eyni zamanda, işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinin yerlə-yeksan edilməsi barədə onların dolğun məlumat və təsəvvürləri var. Ermənistanın barbarlıq, vəhşilik əməlləri sülhsevər ölkələri, xoşməramlı insanları dəhşətə gətirir. Ermənistanla Azərbaycan arasında iki müharibəyə və çoxillik hərbi qarşıdurmaya səbəb olmuş separatçı münaqişənin artıq arxada qalması bu ölkədə də razılıqla qarşılanıb. Latviya Qafqaz regionda yeni reallıq hökm sürməsini, Azərbaycanın sülhə, əmin-amanlığa və regionun gələcək inkişafında maraqlı olmasını yüksək dəyərləndirir.

Azərbaycan nümayəndə heyəti ilə bu ölkədə keçirilən görüşlərdə məlumat verilib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa layihələri reallaşdırılır. Bu torpaqlarda genişmiqyaslı tikinti-quruculuq tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng prosesə bilavasitə özü rəhbərlik edir.

Nümayəndə heyətinin Latviyada keçirdiyi görüşlərdə iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrin səmərəliyinin artırılması diqqət mərkəzində olub. Milli Məclisin sədrinin və nümayəndə heyətinin bu ölkədə yüksək qonaqpərvərlik və hörmətlə qarşılanması, sərgilənən səmimi münasibət ölkəmizə göstərilən ehtiramın və etimadın ifadəsi idi.

Azərbaycanın Estoniya Respublikası ilə dostluq münasibətləri də arzulanan səviyyədədir. Azərbaycan nümayəndə heyətinin Estoniyada keçirdiyi görüşlər, xüsusən ölkə Prezidentinin qəbul zamanı söylədiyi yüksək fikirlər bir daha göstərdi ki, dövlətlərimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Bu da ölkələrin inkişafı üçün əlavə potensial deməkdir. Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətlərini dəstəkləyir və bunu uğurlu addım hesab edir. Eyni zamanda, o, Estoniya ilə Azərbaycan arasında əlaqələrin mühüm istiqamətdə irəliləməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırıb.

İki ölkə arasında COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, investisiya, iqtisadi, siyasi, ticarət, həmçinin digər sahələrdə əməkdaşlığı dərinləşdirmək baxımından əlverişli şərait böyük ümidlər doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakı, səfər zamanı keçirdiyi görüşlər Azərbaycan və Avropa ölkələri arasında mövcud münasibətlərin perspektivli olduğunu bir daha təsdiq edib.

Azərbaycan və Estoniya arasında əlaqələrin yüksək səviyyədə olması müxtəlif sahələrdə, həmçinin təhsil, elektron idarəetmə və digər istiqamətlərdə müvəffəqiyyətli layihələrin həyata keçirildiyinə zəmin yaradıb. Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Bu istiqamətdə qanunverici orqanların da rolu danılmazdır və yüksək qiymətləndirilir. Digər dost ölkələr kimi, Estoniya Respublikası da Azərbaycanın ərazi bütövlüyünə dəstək verir və regionda sülhün, təhlükəsizliyin davamlı olmasında maraqlıdır. Prezident İlham Əliyevin Estoniyaya, Estoniyanın dövlət başçısının Azərbaycana səfərləri zamanı prezidentlər tərəfindən imzalanmış birgə bəyannamələr ölkələr arasında gələcək ikitərəfli münasibətlərin geniş inkişafına möhkəm əsaslar yaradıb.

Hazırda hər iki dövlət nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlarını işə salmaqdadır. Baltikyanı ölkələrə qədər uzanan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan nəqliyyat infrastrukturuna böyük maliyyə resursları ayırır.

Hazırda Estoniyada yaşayan azərbaycanlıların dövlətlərimiz arasında əlaqələrin genişlənməsinə fəal şəkildə qoşulması ikitərəfli əlaqələrin inkişaf etməsinə öz töhfəsini verir. Azərbaycanda reallaşdırılan layihələrdə, eyni zamanda, işğaldan azad edilən ərazilərin yenidən qurulmasında Estoniya şirkətləri də iştirak etməkdə maraqlıdırlar.

Beləliklə, Estoniya və Azərbaycan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin genişlənməsinə təsir edən amillərindən biri də ölkə parlamentləri arasında uğurlu əməkdaşlığın mövcud olmasıdır. Bu isə ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik