Azərbaycanla Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 25-26-da Varşavada Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AZƏRTAC-a bildirilib ki, iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Polşa tərəfindən isə infrastruktur nazirinin müavini Andjey Bittel rəhbərlik edib.
İclas çərçivəsində avtomobil, dəmir yolu, dəniz nəqliyyatı, tranzit daşımalar və poçt xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində yük daşımaları zamanı iki ölkənin tranzit imkanlarından tam istifadə edilməsi və Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviq olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə müzakirə olunan məsələlərin nəticələrinə dair iclasın Protokolu imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]