Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı deputatın məruzəsi bütövlükdə Avropa Şurasının nailiyyəti kimi qiymətləndirilib

Haaqa, 12 mart, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ərəfəsində mədəniyyət, elm, təhsil və media komitəsinin martın 11-də Niderlandın Haaqa şəhərində keçirilən iclasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Etiqad azadlığı və dini təcrübələr” adlı məruzə müzakirə edilib.

Avropa Şurası üçün həmişə önəm kəsb etmiş dini azadlıqların təmini, dinlərarası münasibətlər, tolerantlıq problemi 2015-ci ilin əvvəllərində bir-birinin ardınca Fransada, Danimarkada, Belçikada baş verən terror hadisələrindən sonra daha da aktuallaşıb. Azərbaycanlı deputatın hazırladığı məruzə isə bu istiqamətdə Avropa Şurasının başlıca çağırışlarını əks etdirən sənəd kimi qavranılır. Məhz həmin hadisələrin fonunda məruzənin əhatə dairəsinin genişləndirilməsinin vacib olduğunu söyləyən deputat Rafael Hüseynov ilk növbədə sərlövhənin dəyişdirilərək “Etiqad azadlığı və demokratik cəmiyyətlərdə birgəyaşayış” adlandırılmasını təklif edib. Komitə üzvləri bu fikri dəstəkləyib, Parlament Assambleyasının payız sessiyasında plenar iclasda müzakirəyə çıxarılacaq mövzu üzərində işin məhz bu istiqamətdə aparılmasını həm elmi-nəzəri, həm siyasi baxımdan məqsədəuyğun hesab ediblər.

Məsələ ilə əlaqədar fikirlərini bölüşən R.Hüseynov deyib: “Bu gün artıq mövzumuzla bağlı mədəniyyət, elm, təhsil və media komitəsində üçüncü dinləmələr keçiriləcək və bu faktın özü iki cəhətdən diqqəti cəlb edir. Adətən hazırlanan başqa mövzularla bağlı Avropa Şurası komitələri bir və ya iki dinləmə təşkil edir. Amma biz mövzu ilə bilavasitə əlaqədar olan tanınmış ekspertlərin iştirakı ilə artıq üçüncü dinləmələri gerçəkləşdiririk. Əvvəlcə 2014-cü il iyunun 4-də Parisdə komitə iclası çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən Laurens Örlinin iştirakı ilə mövzunun hüquqi aspektləri ətrafında geniş diskussiya apardıq. Daha sonra 2014-cü il sentyabrın 30-da Strasburqda keçirilən komitə iclasında Avropa Ravvinləri Konfransının icraçı direktoru ravvin Moşe Levin və Avropa Kilsələri Konfransının təmsilçisi Elizabeta Kitanoviçlə təşkil edilən fikir mübadilələri də çox faydalı oldu. Bundan başqa, məruzəçi və əvvəlki dinləmələrdə iştirak etmiş bir sıra ekspertlər keçən ilin sentyabrında Bakıda keçirilən ənənəvi “Avropa Şurasının dini meyarlar və mədəniyyətlərarası dialoqa dair 2014-cü il dinləmələri” mövzusunda iki gün davam edən tədbirdə fikir mübadilələrinə qatılıblar. Bütün bunlar ilk növbədə onu təsdiqləyir ki, mövzu həqiqətən son dərəcə aktual, vacib və əhəmiyyətlidir. Digər tərəfdən, belə sistemli yanaşma Assambleyanın problemə həssas, diqqətli münasibətinin ifadəsidir. Dinlər və mədəniyyətlər arasında dialoq, etiqad azadlığı məsələsi və onun müxtəlif aspektləri son bir neçə ildə Assambleyanın mütəmadi olaraq gündəmdə saxladığı məsələlərdir. Təsadüfi deyil ki, son illərdə bu problemlərin müxtəlif aspektləri ilə bağlı 5 məruzə hazırlanaraq Assambleyada qəbul edilib. Bir il əvvəl üzərində işləməyə başladığımız “Etiqad azadlığı və dini təcrübələr” adlı məruzə də həmin silsilənin davamıdır. Lakin dünyanın ictimai-siyasi həyatında baş verən son hadisələrdən, xüsusən Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına qarşı qanlı terror aktından sonra bir çox məsələlərə yenidən baxmaq zərurəti ortaya çıxıb.

Etiqad azadlığı da, söz, ifadə azadlığı da hər bir insanın haqqıdır. Lakin cəmiyyətin də öz hüquqları, cəmiyyət həyatının da öz tələbləri var. Əslində fərdlə cəmiyyətin obyektiv tələbləri və haqları arasında dərin məntiqi bağlılıq var. Fəlsəfəsi etibarı ilə onlar bir-birindən ayrı deyil. Sadəcə, onların bir-biri ilə uzlaşma nöqtələri tapılmalı, onların arasındakı nizam, ahəng dəqiq müəyyənləşdirilməlidir. Məhz bu nisbət gözlənəndə insanların da, dinlərin də, mədəniyyətlərin də bir-biri ilə arzu olunan dözümlülük, qarşılıqlı ehtiram mühitində birgəyaşayışı bərqərar olur. Biz də məruzəmizlə həmin vacib problemin həllinə öz kiçik töhfəmizi vermək niyyətindəyik”.

Daha sonra dəvət edilmiş qonaqlarla birgə geniş dinləmələr başlanıb. Brüsselin baş ravvini, Avropa Ravvinləri Konfransının Avropa Təsisatlarında daimi təmsilçisi böyük ravvin Albert Quiqu, Fransa Müsəlmanları Assambleyasının prezidenti Ano Kbibeç, Brüsseldəki Beynəlxalq Mədəniyyətlərarası Dialoqun Dinamikası İnstitutunun direktoru Marqarit Peters və Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni müzakirə edilən məsələnin Avropanın və dünyanın gələcəyi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Avropa Şurası baş katibinin müavini bəyan edib ki, bu məruzə beynəlxalq təşkilatların problemə yanaşmasında tamam yeni səhifə açır və Avropa Şurasının irəliyə doğru atdığı son dərəcə dəyərli addımlardan olacaq, nəticə etibarilə qurumun diqqətəlayiq nailiyyətlərindən birinə çevriləcək.

Üç saatdan artıq davam edən müzakirələrə qatılan britaniyalı deputatlar Rocer Geyl və Maykl Konarti, italiyalı Paolo Korsini, türkiyəli Gülsün Bilgehan və digərləri mülahizələrini bölüşməklə yanaşı, məruzənin peşəkar səviyyədə hazırlanmasını, kifayət qədər mürəkkəb suallara məntiqli, Avropa insanının demokratiya və əxlaq düşüncəsinə uyğun qaneedici cavablar tapa bilməsini təqdir ediblər.

Niderland Senatında keçirilən iclasda elə bu ölkədən olan deputat xanım Faber Van de Klaşorstun təxribat səciyyəli çıxışı da mənfi hal kimi diqqəti cəlb edib, bütün toplantı iştirakçılarında haqlı narazılıq doğurub. Azərbaycana, Türkiyəyə, İslam dünyasına qarşı həmişə qərəzli çıxışları ilə seçilən Faber Van de Klaşorst bildirib ki, Niderlandda 1 milyondan artıq müsəlman vətəndaş var və onların 70 faizi təsdiqləyir ki, bu ölkənin qanunlarına deyil, şəriətin hökmlərinə tabe olaraq yaşamaq niyyətindədirlər. Müxtəlif ölkələrdə müsəlman olan ayrı-ayrı insanların törətdiyi terror aktlarının günahı həmin adamlarda deyil, İslamda, bu dinin mahiyyətindədir. Çünki nə “Quran”, nə Məhəmməd peyğəmbər bizim tərəfdarı olduğumuz dəyərlər haqqında, başqa dinlərə hörmət, qadına sayğı barədə heç nə demir, qəddarlığı təqdir edir.

Müzakirələrə yekun vuran deputat Rafael Hüseynov bu çıxışı da cavabsız qoymayaraq deyib: “Biz istər dini sahədə, istər digər istiqamətlərdə ekstremizmin bütün formalarda əleyhinəyik. Biz dinləri, millətləri bir-birinə qarşı qoyan, qızışdırıcı, təxribatçı, nifaq salmaq məqsədi daşıyan bütün çağırışların əleyhinəyik. Biz terror aktlarını törədənlərlə həmin aktlara təhrik edənləri eyni dərəcədə günahkar sayır, onları lənətləyirik. Böyük dünya dinləri, onların kitabları və peyğəmbərləri, o cümlədən İslam, “Quran” və Məhəmməd peyğəmbər çox əsrlər öncə eyni idealları təbliğ ediblər. Mən demirəm xanım Klaşorstun sağlam məntiqə zidd olan, faktları tam tərsinə çevirən çıxışı ekstremizm təzahürü, təxribatçılıq, terror qızışdırıcılığıdır, nifaq yaratmaq niyyəti güdür. Amma onun qısa çıxışında bunların hamısı var. Hər halda mən bu insana səmimiyyətinə görə təşəkkürümü bildirirəm ki, burada ürəyini açır, daxili aləmini göstərir. Hamı da görür ki, belə insanlar da var, belə təhlükələr də mövcuddur. Bu isə o deməkdir ki, biz bu məruzəni hazırlamaqda da, bu dinləmələri keçirməkdə də, müxtəlif dinlərin nüfuzlu təmsilçilərini bir araya toplayaraq ortaq yollar axtarmaq səylərimizdə də tam haqlıyıq”.

Dinləmələr və müzakirələrin nəticəsi kimi Rafael Hüseynovun müəllifi olduğu məruzənin memorandumu komitə tərəfindən təsdiqlənərək qəbul edilib.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur