Azərbaycanlı iş adamları Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iclasında iştirak ediblər
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Səudiyyə Ərəbistanında səfərdədirlər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində iş adamları Ər-Riyad şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclasında iştirak ediblər. Qeyd edək ki, İşgüzar Şuranın budəfəki iclası tikinti sahəsində əməkdaşlığa həsr olunub. Həmçinin səfər zamanı Azərbaycan iş adamları Səudiyyə Ərəbistanının "Build Industrial" müəssisəsinin fəaliyyəti ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.