AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR İSRAİLDƏ MÜASİR SUVARMA TEXNOLOGİYALARINI ÖYRƏNİR
İsrailin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İsrailin Beynəlxalq Əməkdaşlıq Mərkəzi (MAŞAV) ABŞ Beynəlxalq İnikşaf Agentliyi (USAİD) ilə birgə azərbaycanlı iş adamları, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri üçün “Məhsulun intensiv istehsalı üçün irriqasiya sistemləri” mövzusunda təlim kursu təşkil etmişdir.
Martın 4-də başlamış kurslar İsraildəki Şefayim kibutsunda (təsərrüfat forması) ayın 18-dək davam edəcəkdir.
Azərbaycanın müxtəlif rayonlarından 25 nəfər iş adamının, fermerin iştirak etdiyi kursda irriqasiyanın müxtəlif metodları və həmin sistemlərin idarəetmə strategiyaları tədris olunur.
Kursun iştirakçıları tarlalara və istixanalara səfər edəcək, müasir irriqasiya sistemlərinin istifadəsi ilə yerində tanış olacaqlar. Həmçinin suvarma sistemləri şirkətlərində görüşlər nəzərdə tutulmuşdur.
İlk dəfədir ki, MAŞAV-ın təşkil etdiyi kursun iştirakçılarının hamısı Azərbaycanı təmsil edənlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]