AZƏRBAYCANLI MÜTƏXƏSSISLƏR TƏCRÜBƏ MÜBADILƏSI İLƏ ƏLAQƏDAR İNGİLTƏRƏ VƏ FRANSADA OLMUŞLAR
Nümayəndə heyətindən AZƏRTAC-ın Parisdəki müxbirinə bildirmişlər ki,səfəri layihənin məsləhətçisi - İngiltərənin «Mott-Makdenald» şirkəti təşkil etmişdir.Azərbaycanlı mütəxəssislər şirkətin Kemridc şəhərindəki ofisində su təsərrüfatı obyektlərinin idarə olunması, onların tikintisinin və istismarının təşkili movzularında müvafiq mühazirələr dinləmiş, bu sahədəki bir çox obyektlərin işi ilə yaxından tanış olmuşlar.
Qrupun Fransaya səfərinə komitənin sədri Əhməd Əhmədzadə rəhbərlik etmişdir.Bu səfərin əsas məqsədi Fransanın su təsərrüfatı sahəsindəki təcrübəsini, su ehtiyatlarının tənzimlənməsi, su təsərrüfatı obyektlərinin istismarı, onlara texniki xidmətin göstərilməsi və müxtəlif məqsədlər üçün istifadə olunan suvarma sistemlərinin idarə edilməsini öyrənməkdən ibarət olmuşdur.
Bununla əlaqədar qrup ölkənin Şanberi, Eks en Provans və Qreu şəhərlərində Elektrisite de Frans və Kanal de Provans təşkilatlarının ayrı-ayrı su təsərrüfatı sahələrində, ərazilərin sututarları, su tənzimləyici qurğuları, magistiral kanalları, suyun idarə olunması və hidroloji məlumatlar mərkəzində olmuş, mütəxəssislərlə görüşlər keçirmiş, geniş fikir mübadiləsi aparmışlar.