Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı professor: Təklif etdiyimiz metod yetişməkdə olan xərçəng şişlərini erkən müəyyənləşdirir - MÜSAHİBƏ

Azərbaycanlı professor: Təklif etdiyimiz metod yetişməkdə olan xərçəng şişlərini erkən müəyyənləşdirir - MÜSAHİBƏ

Vaşinqton, 8 oktyabr, AZƏRTAC

Dünyanın aparıcı riyaziyyatçılarından sayılan professor Uğur Abdulla Bakıda yazıçı Gülhüseyn Hüseynoğlunun ailəsində doğulub boya-başa çatıb. On beş yaşında Bakıdakı 20 nömrəli məktəbi qızıl medalla bitirib. Gənc yaşlarından riyaziyyat, fizika olimpiadalarında və idmanda qazandığı nailiyyətləri ilə seçilib. Sərbəst güləş üzrə Azərbaycan çempionu və milli komandanın üzvü olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 21 yaşında namizədlik, 27 yaşında doktorluq elmi dərəcələrini alaraq 28 yaşında Bakı Dövlət Universitetinin professoru olub.

O, Kolmoqorov tərəfindən 1928-ci ildə qoyulmuş məşhur açıq məsələni həll edib. Uzun illər ərzində İngiltərənin, Almaniyanın və ABŞ-ın nüfuzlu universitetlərində professor vəzifəsində çalışıb. Hazırda Yaponiyada Okinava Elm və Texnologiya Universitetinin professoru, Analiz və xüsusi törəməli diferensial tənliklər bölməsinin rəhbəridir. İngilis, alman, rus və yapon dillərini mükəmməl bilir.

AZƏRTAC professor Uğur Abdulla ilə müsahibəni təqdim edir.

  - Uğur müəllim, necə oldu ki, riyaziyyatçı oldunuz? Riyaziyyat həyatınıza necə daxil oldu?

- Riyaziyyat elmi mütləq həqiqəti kəşf edir və onu qüsursuz məntiqlə sübut edir. Riyaziyyatçının hərəkətverici qüvvəsi mütləq həqiqəti dərk etmək istəyidir.

- Deyirlər ki, riyaziyyatı bilən bütün digər elmlərə rahatlıqla yiyələnir və həyatdakı bir çox məsələlərin həllində daha operativ düşünür. Siz bu barədə nə düşünürsünüz? Bu elm bir insanın həyatında niyə vacibdir?

- Mütləq həqiqəti dərk etmək məqsədi ilə yaranmış riyazi nəzəriyyələr bütün təbiət elmlərinin qanunlarını kəşf edir və onları riyazi formada ifadə edir. Buna ən gözəl nümunə fizika elminin inkişaf tarixidir. Müasir təbiət elmlərinin başlanğıc nöqtəsi Nyutonun 1638-ci ildə çap olunmuş “Təbii fəlsəfənin riyazi prinsipləri” (Philosophiae Naturalis Principia Mathematica) əsəridir. Nyuton bu əsəri ilə ilk dəqiq təbiət elmi olan fizikanın, daha dəqiq desək, klassik mexanikanın əsasını qoyub. O, mexanikanın əsasını qədim yunan filosofu və riyaziyyatçısı Evklidin kəşf etdiyi həndəsə elminin zəmini üzərində qurub. Nyuton müasir təbiət elmlərin inkişafında dönüş nöqtəsi olan şah əsərinin mündəricatında “bizim məqsədimiz mexanikanın pərakəndə formada olan toxumlarını aksiomatik Evklid həndəsəsinin torpağında əkməkdir” yazıb. Bu ideya müasir dünya elmlərinin inkişaf prinsipidir. Riyazi prinsiplərə əsaslanmadan təbiət elmlərinin inqilabi sıçrayış etməsi mümkün deyil. Buna görə də hər bir cəmiyyətin, hər bir ölkənin gələcək inkişafı məktəb və universitetlərdə riyaziyyatın tədris səviyyəsindən çox asılıdır.

- Kolmoqorov riyazi probleminin həlli necə baş verdi? Bu proses barədə ətraflı məlumat verərdiniz.

- Kolmoqorov XX əsrin ən böyük riyaziyyatçılarından sayılır. Universal təfəkkürə malik olan Kolmoqorovun qoyduğu açıq məsələlərin həlləri müasir riyaziyyat elminin ən mühüm nəzəriyyələri sırasındadır. Onun 1928-ci ildə Moskva Dövlət Universitetinin ehtimal nəzəriyyəsi seminarında qoyduğu məsələnin tam həlli 2008-ci ildə dərc olunmuş “Diffuziya tənliyi üçün sonsuzluqda Viqner meyarı” adlı elmi məqaləmdə verilib. Bu elmi iş təbiətdə olan təsadüfi proseslərlə, deterministik, yəni dəqiq proqnozlaşdırıla bilən proseslər arasında olan dərin əlaqənin dərk edilməsinə doğru atılan bir addımdır. Şəxsi zəmində mənim üçün bu məsələni həll etmək Kolmoqorov və Viqner kimi böyük alimlərin, məcazi mənada desək, çiyinləri üzərində durub sonsuzluqda mütləq həqiqətə bir nəzər salmaqdır.

- Yaponiyanın Okinava Elm və Texnologiya Universitetində (OETU) Analiz və xüsusi törəməli diferensial tənliklər bölümünə rəhbərlik edirsiniz. Bu universitet və elmi qrupunuz haqqında nə deyə bilərsiniz?

- OETU 2011-ci ildə Yaponiya dövləti tərəfindən dünya elminin aparıcı mərkəzlərindən biri olmaq məqsədilə ilə yaradılıb. 2022-ci ildən həmin universitetə Analiz və xüsusi törəməli diferensial tənliklər (XTDT) bölümünün rəhbəri kimi qoşuldum. Yarandığı qısa müddətə baxmayaraq universitet doğrudan da dünyanın mötəbər elm mərkəzlərindən birinə çevrilib. Elmi qrupum postdoktoral alimlər və doktoral tələbələrdən ibarətdir. Bölmənin əsas məqsədi XTDT-nin ifadə etdiyi təbiət hadisələrini əks etdirən riyazi prinsipləri aşkar və təhlil etməkdir.

- Xüsusi törəməli diferensial tənlik nədir?

- XTDT anlayışı həm fundamental, həm də tətbiqi riyaziyyatın mərkəzində durur. Zaman və fəzada dəyişən obyektlər XTDT-lə təsvir olunur. Məsələn, havanın temperaturu istilikkeçirmə və ya diffuziya tənliyi adlanan XTDT ilə təsvir olunur. Enerji generatoru, elektrik mühərrikləri, simsiz rabitə kimi texnologiyalar Maksvell tənlikləri adlanan XTDT sistemi ilə təsvir olunur. Ümumi nisbilik nəzəriyyəsində Eynşteyn sahə tənlikləri fəzanın həndəsi strukturu ilə kütlə, enerji, moment, gərginlik kimi fiziki konseptlərin əlaqəsini ifadə edən qeyri-xətti XTDT-lər sistemidir.

- XTDT-nin insan həyatına nə kimi faydaları var? Başqa məqalələrinizdə qeyd etdiyiniz kimi, bu sahənin xərçəng xəstəliyinin erkən diaqnozunda böyük irəliləyiş etmək potensialı var. Bunu sadə dillə izah etsəniz, xərçəng xəstəliyinin diaqnozunda rolu konkret olaraq nədir? Bu istiqamətdə nə kimi addımlar atılır?

- Elmi bölməmizin məşğul olduğu layihələrdən biri dünyanın əsas tibbi problemlərindən olan xərçəng xəstəliyi ilə bağlıdır. Xərçəng şişlərinin erkən aşkarlanması effektiv müalicə üçün çox vacibdir. Bu məqsədlə təklif etdiyimiz yeni üsul elektrik impedans tomoqrafiya (EİT) və XTDT-nin optimal idarəetmə nəzəriyyəsinə əsaslanır. EİT metodu bədənə göndərilən kiçik bir cərəyanın nəticəsi olan gərginliyi ölçməklə bədənin elektrikkeçirmə faktorunu müəyyənləşdirməyə çalışır. Təklif olunan metod xərçəng şişlərinin elektrik keçiriciliyinin sağlam toxumada iki dəfə artıq olmasına əsaslanır. EİT texnikası ilə ölçülən gərginlik əsasında “Potensial tənliyi” adlanan XTDT üçün elektrikkeçirmə əmsalını tapmaqla yetişməkdə olan xərçəng şişləri erkən müəyyənləşdirilir. Hazırda bu layihənin xərçəng xəstəliyi ilə ixtisaslaşan tibbi mərkəzlərdə tətbiq olunması üzərində işlər gedir.

- Əsas fəaliyyətiniz Azərbaycandan kənarda olsa da ölkəmizdəki elmi təşkilatlar və ya alimlərlə hər hansı əməkdaşlıq və ya kommunikasiya mövcuddurmu?

- Təəssüf ki, hazırda mövcud deyil. Ümid edirəm ki, gələcəkdə bu cür əlaqələr qurulacaq. Arzum gələcəkdə Azərbaycanın gözəl guşələrindən birində OETU kimi bir elmi mərkəzin yaranmasını görməkdir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH