Azərbaycanlı qadın futbolçulara Avropada maraq böyüyür – AÇIQLAMA
Bakı, 26 yanvar, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin daha bir neçə üzvü karyerasını ölkə xaricində davam etdirə bilər.
Bu barədə AZƏRTAC-a yığmanın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
O, yaxın günlərdə bəzi transferlərin reallaşmaq ehtimalının olduğunu söyləyib: “Amma bu barədə indidən dəqiq nəsə demək düzgün çıxmaz. Həm futbolçu, həm də klub üçün yaxşı olmaz. Çalışırıq ki, qızlarımızı Avropaya göndərək. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubu ilə 2,5 illik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]