“Azercell” jurnalistlər üçün növbəti təlim təşkil edib
Bakı, 8 yanvar, AZƏRTAC
“Azercell Telekom” MMC tərəfindən media nümayəndələri üçün növbəti peşəkar təlim kursu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yanvarın 8-də Bakıda keçirilən təlim iki gün davam edəcək. Təlimdə Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirakçılara “Google”- axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edir.
Təlim kursunda çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edir.
Qeyd edək ki, “Azercell Telekom” fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları təşkil olunur. İndiyədək şirkət tərəfindən çoxsaylı təlimlər keçirilib. “Azercell” yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - “Mediacell” tarifini hazırlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]