“Azercell” rouminqdə olan abunəçiləri üçün daha bir yenilik təqdim edib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telecom” rouminqdə olan abunəçiləri üçün daha bir yenilik təqdim edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, artıq fakturalı və fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışacaqlar. Həmin zəngin davam edən növbəti hissəsinin hər 1 (bir) dəqiqəsinə görə isə, hesablama intervalı 1 saniyə olmaqla, 70 qəpik məbləğində xidmət haqqı tutulacaq.
Qeyd edək ki, “Azercell” rouminqdə olan abunəçiləri üçün ötən ildən başlayaraq endirimlər tətbiq edib. Ötən yay rouminq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depozit ləğv edilib, rouminq qiymətlərinə endirim olub. Şirkət, həm də ötən ilin yanvar ayından bütün istiqamətlər üzrə beynəlxalq zənglərin qiymətini də endirib. Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25 faiz endirim tətbiq olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]