“AZƏRENERJİ” MÜƏSSİSƏLƏRİNDƏ 29,7 MİN TON ŞƏRTİ YANACAĞA QƏNAƏT EDİLMİŞDİR
Azərbaycanın istilik elektrik stansiyaları iyun ayında 1 kilovat/saat elektrik enerjisinin istehsalına ötən ilin eyni dövrü ilə müqayisədə 22,14 qram az şərti yanacaq sərf etmişlər. “Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ilin birinci yarısında sistemdə plan göstəriciləri ilə müqayisədə, bütövlükdə, 29 min 715 ton, ötən illə müqayisədə isə 216 min 587 ton şərti yanacağa qənaət olunmuşdur. Azərbaycan DRES, Əli Bayramlı DRES, “Şimal” DRES-in və digər müəssisələrin kollektivləri xüsusilə fərqlənmişlər. İyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı Azərbaycan DRES-də 4,98 faiz, Əli Bayramlı DRES-də isə 8,28 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]