“Azərenerji”nin və “Azərsu”nun məlumat bazaları təkmilləşdirilir
Bakı, 5 yanvar, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) məlumat bazalarının təkmilləşdirilməsi, məlumatların Fərdi İdentifikasiya Nömrəsinə (FİN) uyğunlaşdırılması istiqamətində qurumlara dəstək göstərir.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, hazırda “Azərenerji” ASC və “Azərsu” ASC-nin məlumat bazalarında abonent kodlarının FİN-ə uyğunlaşdırılması üzərində iş gedir. Bu proses başa çatdıqdan sonra həmin qurumların təqdim etdiyi e-xidmətlər sadələşməklə yanaşı, digər qurumlarla portal üzərindən informasiya mübadiləsi imkanı yaranacaq. Belə ki, autentifikasiyadan keçməklə, abonent kodunu daxil etmədən kommunal xidmət haqlarının ödənilməsi və borcun olmaması haqda elektron arayışların portal vasitəsilə verilməsi mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]