“AZƏRİQAZ” İŞLƏDİLMİŞ QAZIN DƏYƏRİNİN TAM ÖDƏNİLMƏSİNİ TƏLƏB EDİR
Səhmdar cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, satılmış qazın dəyəri 20801,6 milyon manat olmuşdur və bu məbləğin 19050,5 milyon manatı yığılmış, ödəniş proqnozu 91,6 faiz yerinə yetirilmişdir. Əhaliyə 3757,7 milyon manat dəyərində 105,6 milyon kubmetr təbii qaz verilmişdir. Abonentlərdən 3836,3 milyon manat yığılaraq ödəniş tapşırığına 102,1 faiz əməl olunmuşdur.
Daxil olan ümumi vəsaitdən 3399,3 milyon manat büdcəyə, 1025,5 milyon manat sosial müdafiə fonduna, 4000,0 milyon manat təbii qaz alınmasına, 3679,6 milyon manat işçilərin əmək haqlarının ödənilməsinə yönəldilmişdir.
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti satılmış qazın dəyərinin razılaşma protokollarına əsasən tam yığılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətini rayon, şəhər icra hakimiyyəti orqanlarının və qaz istismar idarələrinin rəhbərlərinin, habelə istehlakçıların nəzərinə çatdırır. Əks təqdirdə qazın verilməsində məhdudiyyətlər yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]